Əsl jurnalistin işi məhz belə sualları verməkdən ibarət olmalıdır

AMİP - in beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayev dünən Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin son günlərin əsas mövzularından olan "Lavrov qalmaqalı" haqqında fikir bildirərkən jurnalisti qınamasına etiraz edib.

E. Mustafayev Moderator.az-a göndərdiyi açıqlamada aşağıdakları bildirib:

"Moderator.az saytında Lider TV - nin keçmiş Moskva müxbiri Anar Həsənovun işdən şıxarılması ilə bağlı gedən yazıda Turan informasiya agentliyinin direktoru Mehman Əliyevin münasibətini oxuyanda həm təəccüb, həm də təəssüf etdim. 10 illərin peşəkar jurnalisti olan M.Əliyev deyir ki, "Media eyni zamanda dövlətçilik və siyasi missiyasını rəhbər tutmamalıdır. Sonra da deyir ki, "o ki, qaldı sualın verilməsinə, sualın özünün qoyuluşu qeyri-professional idi, provokasion idi”.

Bu şox yanlış və uğursuz mövqedir. Əslində isə jurnalistin verdiyi sual kifayət qədər professional idi. Əsl jurnalistin işi məhz belə sualları verməkdən ibarət olmalıdır. Lavrov isə diplomat olaraq hislərə qapılmamalı, provokasiyaya getməməli idi. Demək A.Hüseynov böyük bir dövlətin baş diplomatını sualı ilə pis vəziyyətdə qoyub və Lavrov özündən asılı olmadan konfliktin həllində tutduqları əsl mövqelərini açıqlayıb. Peşə fəaliyyətini həyata keçirən jurnalist üçün böyük uğurdur. Əgər bu sualı hansısa dövlət rəsmisi versəydi, bəlkə də bunu dartışmaq olardı. Belədə isə ədalətli olaraq bütün jurnalistlər A. Həsənovu müdafiə etməlidirlər. Etməsələr belə heş olmasa bu şəkildə üstünə getməməlidirlər".