Etibar Məmmədov mühasirəyə alınmış Milli Məclisdən necə çıxdı?

Tezis.az saytı yaxın tarixin nəzərindən qaçmış, bu günə qədər müzakirə olunmayan bir gerçəkliyi əks etdirən görüntüləri təqdim edir. 1993-cü ilin iyununda çəkilmiş bu görüntülər eks-prezident Əbülfəz Elçibəyin Bakını tərk etməsindən bir neçə gün öncə çəkilib. İqtidarda olan AXC-nin tərəfdarları Milli Məclisin binasını mühasirəyə alıb və binaya giriş-çıxışa imkan vermirlər. Bu günə qədər Azərbaycan mətbuatında həmin gün Milli Məclisin mühasirəyə alınması barədə kimsə danışmayıb. O zaman ana müxalifət partiyası olan AMİP-in lideri Etibar Məmmədov cəbhəçilərə sərt tonda xəbardarlıq edərək MM-dən çıxır və öz məşhur 13-13 AГТ nömrəli "Merceders" maşını ilə ərazini tərk edir.

Görüntülərdə Fərəc Quliyev, Arif Hacılı, Vaqif Hacıbəyli, Fərəməz Allahverdiyev, Natiq Ələsgərov, Yadigar Məmmədov, Fəzail Ağamalı, Tahir Əliyev və dövrün digər tanınmış fiqurları gözə dəyir: