"Onun qarşısını almağa heç kəsin haqqı yoxdur”
"Etibar Məmmədov zamanında Azərbaycan siyasətinə öz möhürünü vuran şəxsiyyətdir. Azadlıq hərəkatında onun böyük rolu və xidmətləri olub”.
Millət vəkili Fəzail Ağamalı Ovqat.com-a açıqlamasında belə deyib.
Etibar bəyin siyasətə qayıdışına yalnız özünün qərar verə biləcəyini düşünən Ana Vətən Partiyasının sədri deyib ki, bunun qarşısını almağa heç kəsin haqqı yoxdur: "Bu onun öz seçimidir. Ancaq siyasi arenada onun yenidən fəallaşması istər-istəməz tərəfdarları arasında "niyə getmişdi və niyə qayıdır” sualı yarana bilər ki, buna da yəqin ki, özü aydınlıq gətirəcək”.