İlahi, bir insan oğlu nə qədər həyasız və sifətsiz olarmış?!

Son vaxtlar, adəti üzrə, az qala bütün həyat və fəaliyyətini uzun-uzadı Fb statusları şəklində reklam səhifəsindən paylaşmaqla cəmiyyətə təqdim edən və bununla da manyakcasına qürrələnən, özünün təbirincə desək, "tanınmış vəkil və aAzərbaycanın bir nömrəli hüquqşünası” Aslan ismayılovun, nədənsə, çox qısa və çox da sərrast şəkildə yazdığı belə bir statusu diqqətimi çəkdi:

"Azərbaycanın bu günkü duruma düşməsində əvəzsiz rolu olanlar dirilirlər. Artıq Etibar Məmmədov islahatdan danışır. Yəqin bu günlərdə Rəhim Qazıyev, Surət Hüseynov və başqaları da diriləcək.”

Bax belə və bu qədər, həm də qeyd elədiyim kimi, konkret və sərrast yazılmış bir status. Olsun, hətta bəlkə buna görə ona bir bərəkallah da demək olardı. Amma və lakin, bu qısa və konkret statusun içəriliyindən doğan bir para suallar var ki, Aslan İsmayılovun o sualları da cavablandırması lazımdı. Əks təqdirdə, bu statusun tamamı küləyə qarşı tüpürmək kimi çirkin və çirkli bir oyunu xatırlatmış olacaq. Beləliklə camaatın vaxtını çox almadan, bu balaca statusdan doğan böyük sualları gendəmə gətirib, hörmətli vəkildən və bir nömrəli hüquqşünasdan onları cavablandırmasını rica edəcəm. Beləliklə:

"Azərbaycanin bu günkü duruma düşməsində əvəzsiz rolu olanlar” – deyərkən, Aslan İsmayılov nəyi nəzərdə tutur və nədən narazıdır? "Azərbaycanin bu günkü duruma düşməsində əvəzsiz rolu olanlar”ı bildik də, bəs Azərbaycanı bu günkü duruma salanın kim olduğu haqda fikri nədir, onun da adını belə cəsarətlə çəkə bilərmi?
"…dirilirlər” ifadəsinin sözün birbaşa, ya da məcazi mənasında işlədildiyinə aydınlıq gətirə bilərmi?
"Artıq Etibar Məmmədov islahatdan danışır” cümləsini cəmiyyət necə başa düşməlidi? Bəlkə Etibar Məmmədov danışmaq üçün zati-aliləri Aslan İsmayılovdan icazə almalıymış? Yoxsa islahatdan danışmaq haqqı təkcə ona və digər "reklamlı stastus” müəlliflərinə tanınır? Bəlkə hökumət bu sahəni də Aslanın və Aslan kimilərin monopoliyasına verib, cəmiyyət bundan xəbərsizdir?
Etibar Məmmədovun barəsində belə başından yekə danışa bilmək haqqını hardan və kimdən alır, adamın gərək bu cür danışmağa ya özünün haqqı çata, ya da bu haqqı hardansa, kimdənsə ala? Bu haqda deyəcək bir sözü varmı?
Niyə məhz Etibar Məmmədovun danışması onu bu qədər rəncidə edib və bu qədər tələm-tələsik təlaşa düşüb, həyəcana bürünüməsinin səbəbi nədir?
Rəhim Qazıyev barəsində danışmaqdan niyə bu adam nə utanır nə də usanır? Məlum və məşum parlament çıxışından sonra Rəhim Qazıyevdən danışmaqdansa, ömrünə öz əli və öz dili ilə yazdığı və yaxdığı qara ləkəni silməklə məşğul olması daha məsləhətli iş deyilmi?
Surət Hüseynovla üz-üzə oturub burda dediklərini təkrar eliyə billmək cəsarəti vardısa, niyə o məlum və məşum çıxışında bircə kəlmə də olsa, nə Surətin, nə də Etibar Məmmədovun adını çəkməyə ağlı və gücü yetmədi?
"”Ölkənin bu günə salınmasında əvəzssiz rolu olanlar”rdan danışan adamın, ölkəni bu genə sanlanlardan danışmağa niyə dili gəlmir?
İlham Əliyevə yazılı və görüntülü boy-boy müraciətlər göndərib, ona yalvaran Aslan Ismayilovun, bəlkə bircə dəfə də, ondan birbaşa "ölkəni niyə bu günə saldınız” sualına cavab istədiyini eşidən olub?
Və nəhayət, ayranı tökülmüş qarı kimi, hər yanda peydahlanıb, yerli-yersiz, həm də boyundan yekə, posundan böyük danışaraq, özünü hərşeyşünas alim, hər zad üzrə fəlsəfə doktoru kimi aparmaqla, daha çox məhkəmələrdə üzəduranlara, ya da işverənlərə bənzədiyinin heç fərqinə varıbmı?

Aslan İsmayılovun bu sualları cavablandıracağına əmin olmasam da ümid edirəm. Yox, əgər bunu etmiyəcəksə, elə bu suallara cavab verən bir Allah bəndəsi tapılar yəqin. Amma cavab mütləq olacaq. Bu da mənim cəmiyyətə və oxucularıma verdiyim növbəti sözüm olsun. Gəlin tələsməyək, qabaqda cəsarəti yerə, təkəbbürü göyə sığmayan çox hörmətli vəkil varkən, hara tələsitik ki???

Hələlik isə, başqalarının gözündə tük axtarıb, öz kipriklərindən qoşa tirlər sallandığının guya fərqində olmayan vəkilin, zamanında mənləkətin indi salındığı günün təməlatma mərasimində necə canfəşanlıq elədiyinə bir daha baxın və hündürdən yox, sakitcə bir pıçıltıynan, "İLAHİ, BİR İNSAN OĞLU NƏ QƏDƏR HƏYASIZ VƏ SİFƏTSİZ OLARMIŞ” – deyib, cavabları gözləyin. /ps-nota.com/