YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Bakupost-a açıqlamasında bildirib ki, Yeni Azərbaycan Partiyasında növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələr aparılmır: "Biz növbədənkənar parlament seçkiləri ilə bağlı yayılan xəbərləri, sadəcə, müzakirə kimi qəbul edirik. Konstitusiyaya əsasən, hazırkı parlamentin səlahiyyət müddəti gələn ilin noyabrında başa çatacaq. Hazırda növbədənkənar parlament seçkisinin keçirilməsinə hər hansı ehtiyac yoxdur”.
Müxalifət düşərgəsi üçün isə ötənilki təcrübə göstərdi ki, növbədənkənar seçkilər bir sıra problemlər yaradır.
AMİP Siyasi Şura üzvü Əli Orucov qeyd etdi ki,"İqtidarın növbədənkənar seçkilərə gedəcəyi ilə bağlı söz-söhbət ötən ildən dolaşmaqdadır. Ancaq rəsmilər bu barədə susqunluq nümayiş etdirməkdədirlər. Bununla belə hesab edirəm ki, növbədənkənar parlamaent seçkiləri günün və ölkədə, eləcə də regionda gedən sürətli proseslərin tələbidir. Ölkədə siyasi sabitliyin möhkəmləndirilməsi, gərginliyin azaldılması, qarşıdurmanın zəiflədilməsi və dövləti hər cür təhlükədən qorunması üçün demokratik şəkildə formalaşdırılacaq qanunverici orqana ciddi zərurət var. Heç kəsə sirr deyil ki, indiki parlament inkişafı əngəlləməklə yanaşı, fəaliyyəti qeyri-qənaətbəxşdir. Deputatların əksəriyyətinin təşəbbüskarlığı və cəmiyyətin istəyini ifadə etmək bacarığı yoxdur. Elələri var ki, illərlə ağzına su alıb, səsini çıxartmayıb.Yaxud da davranış və çıxışları ilə insanlarda nifrət və qəzəb hisslərini körükləndirirlər və s.
Bunun siyasi yönü də odan ibarətdir əgər növbədənkənar şəffaf parlament seçkiləri keçirilərsə tərkib müxtəlifləşər, fkir plürallizminə və sağlam rəqabətə meydan açılar. Siyasi mübarizə bir növ küçələrdən, çöldən içəri daşınar. Azərbaycana edilən xarici təzyiqlərdə ali icra hakimiyyətinin yükü bir xeyli azalar və bu yük parlamentlə paylaşılar. Məncə, iqtidar yetkililləri bu gerçəyi anlamamış deyillər. Əgər əvvəlkilərdən fəqrli olaraq demokratrik və şəffaf seçkilər keçirilsə bu mübarizəyə qatılan müxalif partiyaların sayı və həvəsi kifayət qədər olacaq.
Eyni zamanda insanların dövlətinə də, hakimiyyət qollarına da inamı və etibarı artacaq. İnkişafa və islahatlara təkan verəcək. Hər halda mən bunu belə görürəm