İran ətrafinda vəziyyət gərginləşir

İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, Hörmüz boğazındakı mövcud vəziyyət siyasi böhranın hərbi həll yolunun olmadığını aydın şəkildə ortaya qoyur.

Musavat.com xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Pakistanın nəcib səyləri sayəsində danışıqlar irəlilədiyi bir vaxtda, ABŞ yenidən bataqlığa çəkilməkdən ehtiyat etməlidir. Eyni xəbərdarlıq BƏƏ-yə də aiddir", - deyə Əraqçı bildirib. O, həmçinin əlavə edib ki, "Azadlıq layihəsi" əslində bir çıxılmaz nöqtə layihəsidir.