Milli Qəhrəmanımızın anım tədbiri keçirildi

Binəqədi rayonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş şəhid Fərhad Hümbətovun anım mərasimi keçirilib. "OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Milli Qəhrəmanın ailə üzvləri, yaxınları, cəbhə yoldaşları, orta məktəb şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda edərək şəhidlik zirvəsinə ucalmış Fərhad Hümbətovun timsalında şəhidlərimizin, milli qəhrəmanlarımızın cəsurluğu və rəşadətini vətənini sevən hər kəs üçün örnək kimi səciyyələndirib. Aygün Əliyeva şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunmasına toxunaraq bu məsələnin  Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlandığını, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əzəli yurd yerlərimizin azad olunacağı və qələbə sevinci yaşayacağımızı vurğulayıb. Anım tədbiri Binəqədi rayonu 299 saylı məktəb-liseyin şagirdlərinin ifasında bədii kompozisiyanın təqdim edilməsi və məktəblilərin Milli Qəhrəmanın abidəsi önünə güllərin düzülməsi ilə yekunlaşıb.