Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin son görüşü ilə bağlı birgə bəyanat yayıblar. Bəyanatda Qartabağ münaqişəsinin həllini zəruriliyinə toxunan həmsədrlər, bunun üçün "hər iki tərəfin” güzəştlərə hazır olmasının vacib olduğunu qeyd edib.
Bu münaqişənin qurbanı olan Azərbaycandan güzəşt tələb etmək nə dərəcədə məntiqli və ədalətlidir?
Moderator.az-a açıqlama verən AMİP lideri Etibar Məmmədov Minsk qrupunda təmsil olunan dövlətlərin belə bir tələblə çıxış etməsindən təəccüblənmədiyini vurğuladı:
"Minsk qrupunun tərkibinə baxsanız görərsiniz ki, burada təmsil olunan dövlətlər ermənilərin tarixi müttəfiqləridirlər. Rusiya və Fransa vaxtiylə öhdəlik götürüb ki, erməni dövləti yaradılb onu müdafiə edəcəyik. Bu iki dövlət tarixən ermənilərin müttəfiqi olub. Son dövrlər isə erməni lobbisinin təsiri altında Amerika da Ermənistanın müttəfiqi kimi çıxış edir. Ona görə də Minsk qrupundan bundan artıq bir şey gözləməyə dəyməz. Bu, artıq vaxt itkisindən başqa bir şey deyil”.