Əsərin tədris vəsaiti üçün Təhsil Nazirliyinə müraciət edəcəm”
Tədbiri giriş sözü ilə açan müəllif, "Dövlət siyasətinin əsasları” kitabının necə çətinliklə ərsəyə gəlməsindən danışıb: "Hətta elə anlarım oldu ki, kənardan yardım istəməyə ehtiyac duydum. Yəni Tanrıdan mənə güc verməsini istədim. Nəhayət ki, Tanrının yardımı ilə milli azadlıq uğrunda mübarizə aparan şəhidlərimizin ruhu, böyük türklərin ruhunun yardımı ilə bu işi başa çatdıra bildim. Çox iddialı, ambisiyalı işə girişdiyimi başa düşürdüm və çətin olacağını da anlayırdım. Ona görə də yazıb-yazmayacağım barəsində uzun müddət tərəddüd də etdim. Nəhayət, qərara gəldim ki, yazım. Kitab, siyasi, diplomatik, hərbi və təhlükəsizlik akademiyalarının tələbələri üçün nəzərdə tutulub. Dərslik və ya əlavə vəsait kimi də istifadə oluna bilər. Hələlik kitabın Təhsil Nazirliyi tərəfindən qəbulu mənim üçün qeyri-mümkün görünür. Ancaq bundan sonra reaksiyalardan asılı olaraq hərəkət etmək niyyətindəyəm. Kitabda ilk növbədə Azərbaycanın başlıca siyasi məqsədi müəyyən olunub. Milli maraqlar sistemimiz də müəyyən edilib. Həmçinin Azərbaycanın strateji gücü, onun həm sabit, həm dəyişən ünsürləri qiymətləndirilib. Eyni zamanda kitabda reallaşmış və reallaşmaqda olan təhlükələrə də xüsusi diqqət ayırmışam. Gələcək müharibələr necə olacaq, onlara necə hazırlaşmalı olduğumuza da diqqət çəkilib.
Eyni zamanda, milli-hərbi və təhlükəsizlik, sosial-mədəni siyasətə geniş yer ayırmışam. Bu kitab 10 illərlə davam edən strateji düşüncələrimin son məhsuludur və cəmiyyətimizdə strateji, dərin düşüncə çatışmazlığının ortadan qaldırılması ehtiyacından yaranıb. Birinci amil milli tarixi-siyasi inkişaf prosesinin kənar zorakı müdaxilə ilə pozulması; ikinci, milli dövlətçiliyinin yaranması, inkişafı və davamlılığının qarşısının alınması; üçüncü, müasir demokratik inkişaf yolundan çıxarılmağımızdır. İstərdim ki, kitab haqqında tənqidi fikirlərinizi də eşidim”.
"Biz az yazırıq, hətta öz xatirələrimizi də yazmırıq”
Daha sonra çıxış üçün Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıya söz verildi. S. Rüstəmxanlı ilk olaraq 15 sentyabr 1918-ci ildə türk qoşunlarının Bakını xilas etməsi məsələsinə toxundu: "Biz belə bir əlamətdar gündə yığışmışıq. Sülhəddin Əkbərin sevincini və həyacanını başa düşürəm. Bu doğrudan da böyük bayramdır. Dövlət siyasətinin əsasları haqqında yazmaq sadəcə olaraq bədii düşüncənin yanaşması ola bilməz. Burada elmi, fəlsəfi, tarixi yanaşmadan söhbət gedir. Bu cür kitabı yazmaq çox böyük informasiya, bilgi sahibi olmaq bacarığı tələb edir. Təəssüf ki, türklər tarixi yaratsalar da, yazmayıblar. Vətən deməyib, vətəni qoruyublar. Tarix deməyib, tarixi yaradıblar. Ancaq təəssüf ki, az yazıblar. Başqaları yazıb və onlar da təhrif edərək qələmə alıblar. Bunun da əzabını çəkirik. İndinin özündə təəssüf ki, son 30 illik tarixin şahidi olan dostlarımız çox az yazırlar. Bu işlər barəsində hətta öz xatirələrini də qələmə almırlar. Halbuki, sabah bu xatirələr tarix olacaq. Sevinirəm ki, dostumuz Sülhəddin Əkbərin belə bir kitabı ortaya çıxıb. Həmçinin sevinirəm ki, məclisdə elə müstəqil dövlətimizin quruculuğunda yaxından iştirak etmiş dostlarımız iştirak edirlər. Çox arzu edərdim ki, biz tez-tez bir yerə yığışmağı bacaraq. Bu, son dərəcə vacibdir. Siyasət haqqında yazmaq çətindir. Eyni zamanda bu kitabların dünyadakı rolu da böyükdür. Siyasətin adı nə olsa da, tarixin ən qədim vaxtlarında dünyada mövcud olub. Bütövlükdə Sülhəddin Əkbərin bu cür kitab yazmasını yüksək qiymətləndirirəm”.
VHP sədri Sabir Rüstəmxanlı deyib ki, bu əsər fəlsəfi-tarixi yanaşmanın nəticəsidir: "Siyasət barədə yazmaq son dərəcə çətin olsa da, bu cür kitabların rolu böyükdür. Məsələn, İran-fars şovinizm siyasətinin formalaşmasına iki kitab xüsusi təsir göstərib: Firdovsinin "Şahnamə” və Nizamimülkün "Siyasətnamə”si, hər ikisində türklər aşağılanır. Ancaq Azərbaycan siyasəti barədə kitablar çox az yazılıb. Sülhəddin Əkbər "Dövlət siyasətinin əsasları” kitabında təkcə siyasətçi yox, həm də tarixçidir. Çünki əsərdə Azərbaycan tarixinə ümumi nəzər var, son yarım əsrin tarixini geniş baxış var və gələcək perspektivlərlə bağlı mülahizələrini irəli sürür. Əsərdə bir neçə əsrin xronoloji ardıcılığını saxlamaq zəhmət istəyir. Əsər dövlət siyasəti adlansa da, tamamilə milli siyasət haqda yazılıb. Məncə, "Azərbaycan dövlət siyasətinin əsasları” adlansaydı, daha yaxşı olardı”.
S.Rüstəmxanlının "kitabxanalarda çoxlu siyasətşünasların kitablarına rast gəlirəm, amma təəssüf ki, bizim düşərgədən olanlar bunları yazmayıb” deməsinə İsa Qəmbər "Allah etməsin ki, o cür kitabları milli düşərgədən olanlar yazsın” – deyə cavab verdi. VHP sədri isə bildirib ki, milli düşərgənin üzvləri yazsalar, o cür yazmazlar. Yeni nəsil elə kitablardan yalnız bolşevik ideologiyasını öyrənir.
"Xanlıqlar müstəqil dövlətlər olsa da…”
Tarixçi-alim Cəmil Həsənli kitabın ümumi bir süjet xəttində birləşdirilməsinə diqqət çəkib: "Bu, elə bir mövzudur ki, yalnız yaddaşın və müstəqil fikrin əsasında yazmaq olmaz, geniş araşdırma aparmaq lazımdır. Sülhəddin bəy həm tarixin, həm sosiologiyanın, həm hüququn vəhdətini yaradıb və hər üçü də dövlətlə birbaşa bağlıdır. Kitabın ikinci məqamı isə fərd, cəmiyyət və dövlətin vəhdətidir. Dövlətin əsasları üçün birinci iki amil çox mühümdür, müəllif də bütün süjet xətti boyunca dövlətlə, millət və milli təhlükəsizliklə və geostrateji vəziyyətlə bağlı yanaşmalarda dövlətin, fərdin və cəmiyyətin maraqlarını ümumi kontekstdə birləşdirib. Kitabın 14-i tarixlə bağlıdır, əsasən də Azərbaycanın müstəqiliyinə təsir göstərən amillər çox nadir formada əks olunub”.
C.Həsənli daha sonra bildirib ki, kitabda müəllifin yazdığı kimi, XVIII əsrdə milli dövlət anlayışından danışmaq tezdir, xanlıqlar müstəqil dövlət olsa da, milli deyildi, heç açar rolunu da oynamırdı. Bunlar müstəqil feodal, sülalə prinsipləri üzərində qurulmuşdu.
"Dövlət anlayışının qiymətləndirilməsində şəxsiyyətlərdən qaçırsınız”
İran əhalisinin üçdə birinin türklər olduğunu söyləyən C.Həsənli müasir azərbaycanlıların ən böyük dövlətinin İran olması iddiasıyla razılaşmır: "Çünki müstəqil Azərbaycan artıq var. Bəli, türklərin bugünkü İran dövlətinin qurulmasında rolu və iştirakı var, amma indiki İranın türklərin dövləti olması həddindən artıq pafosdur. Düzdür, keçmiş İran dövlətləri türk dövlətləri olub. Kitabda dövlət anlayışının qiymətləndirilməsində şəxsiyyətlərdən qaçırsınız. Müasir Azərbaycan dövlətinin qurucusu və yaradıcısı Rəsulzadədir. Onun əsərlərində milli dövlətin yaranması və atributları barədə çox qiymətli fikirlər var. Söhbət milli dövlətdən gedirsə, qurucu babaların və 90-cı illərdə Elçibəyin xidməti vurğulanmalıdır”.
İsa Qəmbər universitet rektoru olsaydı…
Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər qeyd ediləsi məqamları müəllifin özünə deyəcəyini bildirsə də, bütövlükdə Azərbaycanda ilk belə kitabın olduğunu söylədi: "Məndən asılı olsaydı, bu kitabın bütün humanitar fakültələrdə öyrənilməsini istərdim. Müasir dövrü anlamaq və gələcəyi görmək istəyən gənclər bu kitabı oxumalıdır. Universitet rektoru olsaydım, milli təhlükəsizlik kafedra yaradıb Sülhəddin bəyi də müdir təyin edib, deyərdim ki, yeni nəsil yetişdir. Azərbaycan alimləri özlərinə hörmət etsəydilər, bu kitaba görə Sülhəddin bəyə şərtsiz siyasi elmlər doktoru adını verməliydilər. Bəlkə də bu əsərdən bir neçə kitab düzəltmək olardı. Məsələn, milli Azərbaycan dövlətçiliyi ayrı kitab ola bilər, yaxud ümumi dövlət quruculuğu, milli təhlükəsizliyin nəzəri əsasları və.s”.
"Azərbaycan xalqını öz tarixini bilməyən kütlə halına gətirməyə çalışırlar”
İsa Qəmbər tarixçi olduğundan əsərin tarix hissəsinin onu daha çox maraqlandırdığını dedi: "Azərbaycanın yaxın iki əsrlik keçmişi, bugünü və və gələcəyi araşdırma, informativ şəkildə bir kitabda birləşdirilib. Bu mənada orta məktəblərin və universitetlərində tarix dərslərində "Dövlət siyasətinin əsasları”ndan istifadə edilməlidir, çünki tarixə yaxşı baxış var. Məsələn, 15 sentyabrda müsavatçı gənclər paytaxtda sorğu keçiriblər, heç kim bugünün Bakının işğaldan azad olunduğunu bilməyib. Azərbaycan xalqını öz tarixini bilməyən kütlə halına gətirməyə çalışırlar. Tarixini bilməyən millət öz yaddaşı olmayan, amneziya xəstəliyinə uğramış insandır. Beləliklə, millət başqa dövlətlərin əlində oyuncağa çevrilir. Hazırda Azərbaycan tarixini yazmağa imkan vermirlər və buda imperiya siyasətinin tərkib hissəsidir”.
İ.Qəmbər Azərbaycan tarixşünaslığında xanlıqlar dövrünə yanlış yanaşma olduğunu dedi: "Bəzi primitiv düşüncəli insanlar filan xanın yaxşı, digərinin pis olduğunu bildirir, belə mənasız yarışlara girirlər. Ən böyük bəla isə xanlıqlar dövrü Azərbaycanda xaos, parçalanma dövrü kimi tədris olunur. Amma Sülhəddin bəy haqlı olaraq bu dövrü milli dövlətin yaranma prosesi hesab edir. Almaniya, İtaliya və başqa dövlətlər də bu mərhələni keçib milli dövlət yaradıblar. Təbii ki, o xanlar Azərbaycan dövləti yaradacaqlarını düşünmürdülər, onlar feodal idilər”.
"Kitabın məğzi dövlət təhlükəsizliyinin və siyasətinin müəyyənləşməsidir”
Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov Sülhəddin Əkbəri əvvəl həkim, sonra inqilabçı, ardınca təhlükəsizlik sahəsində məmur kimi tanıdığını bildirdi: "Hazırda o bunların hamısını birləşdirib siyasi elmlər sahəsində dövlət siyasətinin əsaslarından kitab yazan mütəxəssis kimi qarşımızdadır. Mən kitabı tam oxumasam da, tarix hissəsinə baxdım. Düzdür, özü bu hissənin olmasını da istəmirmiş. Xeyr, dövlətlərin tarixi olmasa, onların inkişafı əsaslarını, siyasətinin istiqamətlərini müəyyənləşdirmək olmur. Nə qədər fərqli yanaşsaq da, Azərbaycan dövləti gəncdir. Ərazimizdə dövlətlər olub, amma Azərbaycan dövləti gəncdir, ona görə tarixi öyrənməli və bu cür kitabların da böyük önəmi var. Bütün hallarda kitabın məğzi dövlət təhlükəsizliyinin və siyasətinin müəyyənləşməsidir”.

"Bu gün hər icra başçısı özünü qanun hesab edir”
E.Məmmədov C.Həsənli və İ.Qəmbərin xanlqılar dövrü haqqında fikirlərini bölüşmədiyini söylədi: "Mən xanlıqları dövlət hesab etmirəm. Kitabda xanlıqların müstəqilliyimizin əsasını yaratması qeyd olunur. O zaman mərkəzləşmiş dövlətin parçalanması baş verib və ayrı-ayrı vilayətlər özləri üçün dövlət yaratmağa cəhd ediblər. Hazırda xalqımızın içində dövlətə münasibətin nöqsanları xanlıqlarla bağlıdır. Həmin vaxt bir növ dərəbəylik olub, onlar yaratdıqları qurum üçün yeni ağa axtarmağa başlayıblar. Onu da Rusiyanın və Osmanlının simasında görüblər, ikinciyə etibar etməyiblər, çünki onlar xanlıqları ləğv edərək vilayətə çevriblər və təyinatlı rəhbərlər qoyublar. Təyinatlı rəhbərlər ümumi dövlətin qanunları əsasında işləyiblər. Bizim xanlıqlar isə qanunu özləriylə əvəz etdilər, heç bir qanun yaradıcılıqları da olmayıb. Necə ki, bu gün hər icra başçısı özünü qanun hesab edir. Ona görə xanlıqlar dövrü xərc-mərclik dövrüdür, nəinki müstəqilliyə hazırlıq”.
E.Məmmədov təklif edib ki, Sülhəddin Əkbər gələcəkdə bu əsərin əsasında bir neçə dərslik hazırlasın. Belə dərsliklər gənclərin dövlətin əsaslarının və siyasətinin öyrənilməsinə yardım edə bilər.
"Onların belə kitabı universitetlərə buraxacağı inandırıcı deyil”
AXCP sədri Əli Kərimli müzakirələri tarixi aspektdən digər sahəyə keçirilməsini vacib hesab edib: "Çünki kitabda tarixi ekskursiya o niyyətlə edilib ki, milli dövlətin strateji güc qaynağının tarixdən gəldiyini oxucuya aşılasın. Amma əsas məqsəd dövlətin milli və strateji təhlükəsizlik maraqları və bunların təmin edilməsi ilə bağlı müzakirələrə çağırışdır. Əsərdə milli maraqların açıqlamasının təqdim edilməsi çox önəmlidir. Müəllif millətin hər bir fərdinin maraqları, onun xoşbəxt olmaq haqqının, hüquq və azadlıqlarının milli maraq olduğu aşılanır.
Müəllif deyir ki, hər bir fərdin hüququ, azadlığı, inkişafı, təhlükəsizliyi təmin olunanda milli maraq təmin edilir. Milli təhlükəsizlikdə də demokratiyanın və hüququn aliliyi milli dövlətin güc qaynağı olduğu qeyd edilir. Dayanıqlı və perspektivli inkişafın məhz demokratiya zəminində və qanunun aliliyi çərçivəsində olacağı aşılanması olduqca pozitiv yanaşmadır. Həyatın paradoksudur, Sülhəddin bəy son bir neçə ildə əziyyətlə dövlət siyasəti haqda kitab yazanda bu dövlətə rəhbərlik edənlər Azərbaycan xalqının sərvətlərini oğurlayırdılar və yenə də bu oğurluq davam edir. Hakimiyyətdəkilər dövlətçilik deyəndə dövlətin talan edilməsi kimi başa düşürlər. Bu mənada onların belə kitabı universitetlərə buraxacağı inandırıcı deyil. Bütün hallarda azsaylı adamlar da olsa, "Dövlət siyasətinin əsasları” kitabını oxuyub müzakirə edəcəklər”.
"Kitabın uğuru ondadır ki, bunu Elçibəy komandasının üzvü yazıb”
KXCP sədri Mirmahmud Mirəlioğlu Azərbaycan tarixşünaslığında xanlıqlar dövrü ilə bağlı vahid konsepsiyanın olmadığını ifadə edib: "Bu gün dövləti təmsil edənlərin dövlətçilik psixologiyası olmadığından "Dövlət siyasətinin əsasları” kitabının olması vacibdir. Amma əsər üçün kənar redaktor olsaydı, daha yaxşı olardı. Kitabın uğuru həm də ondadır ki, bunu Elçibəy komandasının üzvü yazıb”.
Tədbirdən videoreportaj yazıya əlavə olunacaq.