Əli Orucov: "Petrosyan bilmirdi ki, Ermənistanın apardığı işğalçılıq siyasəti ölkəni təcrid olunmağa və iqtisadi fəlakətə aparır?!"
"Ermənistanı yaxın zamanda real iqtisadi fəlakət gözləyir". Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın ölkə mətbuatında dərc edilmiş bəyanatında belə deyilir.
"Rejim idarəçilik sisteminin islahatlaşdırılması və seçki prosesinin səhnələşdirilməsi ilə məşğul olduqca, ölkənin yaxın zamanda real iqtisadi fəlakətlə üzləşməsi gözlənir. Bu tədbirlər dövlətin sağlamlaşdırılmasına deyil, iqtidarın hakimiyyətini möhkəmləndirməyə və əbədiləşdirməyə xidmət edir", - deyə o qeyd edib.
Digər tərəfdən, bu ilin 9 ayı ərzində Ermənistanın dövlət borcu 517 mln. 200 min dollar artaraq 5 mlrd. 594 mln. 900 min dollara yüksəlib.
Ermənistan KİV-ləri xəbər verir ki, təkcə son bir ayda Ermənistanın dövlət borcu 100 mln. dollar dəyərində artıb.
Qeyd edək ki, Ermənistanın dövlət borcunun 4 mlrd. 590 mln. 500 min dolları xarici borcun payına düşür. Xarici borca Ermənistan hökuməti və Mərkəzi Bankının beynəlxalq maliyyə təşkilatlarından, banklardan və digər ölkələrdən götürdükləri borc daxildir.
İctimai-siyasi böhran içərisində olan Ermənistan iqtisadi tənəzzül də yaşayır. İşğalçı ölkəyə xarici investorlar maraq göstərmir. Bu da Ermənistan iqtisadiyyatındakı böhranın dərinləşməsinə səbəb olub. "Joxovurd" qəzeti yazır ki, xaricdən gələn pul transferləri yarıbayarı azalıb. İxrac isə 10-15 faiz ixtisar olunub. Hazırda Ermənistanın valyuta ehtiyatları son beş ilin ən aşağı səviyyəsindədir. Ermənistan xarici investorlar üçün onsuz da zəif olan mövqelərini itirib.
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Petrosyanın səsləndirdiyi fikirlərdə yeni bir şey yoxdur: "İşğalçı ölkə hər keçən gün uçuruma yuvarlanır. Elə vəziyyətin bu həddə düşməsinin günahkarlarından biri də ölkənin sabiq birinci prezidentidir. İndi hakimiyyətdə olan qaniçənləri ittiham edir. Məsələ ondadır ki, məhz Levon Ter-Petrosyanın 8 illik prezidentliyi dövründə Dağlıq Qarabağ və ətraf rayonlar işğal olundu. Ondan sonra aparılan danışıqlar heç bir nəticə vermədi. Petrosyan bilmirdi ki, Ermənistanın apardığı işğalçılıq siyasəti ölkəni təcrid olunmağa və iqtisadi fəlakətə aparır?! Kəlbəcər işğal olunandan sonra, 1993-cü ildə Türkiyə Ermənistanla sərhədi bağladı. O vaxtdan sərhəd bağlıdır. Aydın məsələdir ki, açıq dənizə çıxışı olmayan ölkə üçün bu yaxşı heç nə vəd etmir. Yaxşı olardı ki, ermənilər bunun əsl səbəbini dərk edib ondan sonra nəticə çıxarsınlar. Nə qədər ki, işğal faktı ortadan qaldırılmayıb, Ermənistan sosial-iqtisadi böhrandan çıxa bilməyəcək".
Vidadi ORDAHALLI