Hakimiyyət müəyyən dairələrlə gizli danışıqlar aparır; İqtidar əleydarları isə qanunverici orqanda təmsil olunmaq istəyir
Son illər ölkəmizin ictimai-siyasi həyatında süstlük müşahidə olunur. Hətta iş o yerə çatıb ki, artıq prezident və parlament seçkiləri də ictimiyyətdə siyasi aktivlik yarada bilmir. Prezident seçkiləri arxada qalıb, qarşıdan isə siyasi aktivliyin gözlənildiyi dönəm gəlir. Bu səbəbdən də erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələr başlayıb.
Məlum olduğu kimi, Azərbaycanda 2016-cı il 26 sentyabr tarixində keçirilmiş sonuncu referendumla ölkə Konstitusiyasında dəyişiklik edildi. Bu dəyişikliklə prezidentə növbədənkənar seçki təyin etmək səlahiyyəti verilib. Məhz elə bu səbəbdən də 11 Aprel 2018-ci il tarixdə ölkədə növbədənkənar prezident seçkiləri keçirildi.
Prezident seçkilərindən sonra cəmiyyətdə belə bir fikir formalaşmışdı ki, Konstitusiyaya edilmiş dəyişikliklərə əsasən, parlament seçkilərinin də vaxtı önə çəkilə bilər. Sözügedən fikri dəstəkləyənlər hesab edir ki, hazırda bunun üçün kifayət qədər əsaslar var.
Belə ki, prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi ilə bağlı imzaladığı sərəncama əsasən, 4 deputat Nazirlər Kabinetinin strukturuna daxil olan mərkəzi icra hakimiyyəti orqanına rəhbər vəzifəyə gətirilib. Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, millət vəkili, "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev Ekologiya və təbii sərvətlər naziri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev isə "Dövlətqaçqınkom"un sədri vəzifəsinə təyin ediliblər. Bu səbəbdən də Mərkəzi Seçki Komissiyası (MSK) adıçəkilən millət vəkillərinin deputatlıq səlahiyyətlərinə xitam verib.
Nəzərinizə çatdırırıq ki, ölkənin birinci xanımı Mehriban Əliyeva Birinci vitse-prezident təyin edildiyi üçün onun da deputatlıq səlahiyyətlərinə xitam verilib. 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilmiş Astan Şahverdiyev isə ürəktutmasından dünyasını dəyişib. Bununla da hazırda parlamentdə 6 deputat yeri boşdur. Odur ki, Konstitusiyaya edilmiş dəyişiklikləri, o cümlədən bəzi qüvvələrin ali qanunverici orqanda öz təmsilçilərini görmək arzusunda olduqlarını və yazmaq istəmədiyimiz digər səbəbləri nəzərə aldıqda, o zaman növbədənkənar parlament seçkilərinin keçirilməsini mümkün saymaq olar.
Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilə bilər
Maraqlıdır ki, REAL Partiyasının sədri, ötən ay həbsdən azad edilmiş İlqar Məmmədov da vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi tələbi ilə çıxış edib. O bildirib ki, mövcud parlament xalqın maraqlarını təmsil etmir və yeni seçkilər keçirilməlidir:
"Amma seçki bəzi oliqarxların "cibindəki” deputatları başqa oliqarxların "cibindəki” deputatlarla əvəz etməkdən ötrü səhnələnsə, onda heç”.

Siyasi şərhçi Nəsimi Məmmədli isə "Reytinq”ə deyib ki, həqiqətən də növbədənkənar prezident seçkisindən sonra belə tezislər səslənirdi. Onun sözlərinə görə, bu fikirdə olanların əksəriyyəti düşünürdü ki, ölkəni bu böhranlı durumdan çıxarmağın yolu ciddi siyasi islahatlardan keçir:
"Hətta hələ o zaman da hökumətə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı çağırışlar edilirdi. Bu gün də belə çağırışlara rast gəlirik. Əgər ölkədə azad və rəqabətli seçki mühiti yoxdursa, heç bir seçkinin cəmiyyət üçün əhəmiyyəti ola bilməz. Ola bilər ki, hansısa ambisiyalı siyasətçi yeni parlamentdə təmsil olunsun. Amma bu, o halda baş tuta bilər ki, həmin şəxs hökumətin müəyyən etdiyi çərçivəni qəbul eləsin. Əks halda Məclisdə təmsilçilik mümkün deyil.
Aydındır ki, ölkəmizdə sosial-siyasi durum getdikcə gərginləşir. Bundan çıxış yolları tapılmalıdır. Məhz Milli Məclisə etimadlı seçkilər də bu yollardan biri ola bilər. Ölkədəki sosial-siyasi durumun analizi göstərir ki, demokratik seçkiyə zərurət var. Lakin, problem ondadır ki, hakimiyyətin seçkiyə yanaşması fərqlidir və demokratik seçki keçirməsi qeyri-mümkündür. Buna inanan siyasətçilər ya ölkə reallığını bilmir, ya da sövdələşmə niyyətləri və siyasi umacaqları var”.
Müsahib deyib ki, ciddi qanunvericilik və siyasi islahatlar olmadan keçiriləcək seçkilər öncəki seçkilərdən heç nə ilə fərqlənməyəcək: "Belə seçkilər cəmiyyətə müsbət heç nə verə bilməz. Bu, sadəcə, cəmiyyətdə növbəti imitasiya üçün bir mövsümi kampaniya olardı. Köklü siyasi islahatlar demokratik açılımın tərkib hissəsidir. Qapalı idarəetmənin hakim olduğu ortamda islahat etmək mümkün deyil.
Bəs islahat nə zaman və hansı halda olur?
Birincisi, ölkənin milli, sosial, iqtisadi maraqları tələb etdikdə,
ikincisi, dövlətin mənafeyi əsas olduqda,
üçüncüsü, cəmiyyətdə sosial əlaqələr sistemi ənənəvi formada davam edə bilmədikdə. Yəni, qarşısıalınmaz ictimai tələbat yarandıqda.
Bu sadaladıqlarımın hər biri azad və ya qismən azad ölkələrə xas olan yanaşmadır. Qeyri-azad ölkələrdə yalnız bir maraq üstündür: Hakimiyyətin spesifik maraq və mənafeləri. Əgər hakimiyyət ənənəvi şəkildə hələ davam edə bilirsə, niyə mövcud konyukturanı dəyişsin ki? Hakimiyyət bir halda yeni Milli Məclis seçkilərinə gedəcək ki, onun spesifik maraqları bunu tələb edəcək. Bu spesifik maraqların isə nə siyasi təşkilatlara, nə müstəqil şəxslərə, nə də cəmiyyətə aidiyyatı var. Odur ki, belə seçkinin keçirilib-keçirilməməsi müxalifət üçün gündəm olmamalıdır”.

ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçirilməsi mümkündür:
"Referendum keçirildikdən və yeni Konstitusiya maddələri qəbul ediləndən dərhal sonra biz bəyanat vermişdik ki, referendumun nəticələrinə görə mövcud hakimiyyətlə ana qanun arasında ziddiyyət var və növbədənkənar parlament seçkiləri keçirilməlidir. Vaxtı ilə prezident seçkiləri ilə bağlı verdiyimiz bəyanata da qarşı çıxılırdı, amma sonradan həyata keçirildi. Payızda növbədənkənar parlament seçkilərinin keçirilməsi hökümətin də planında var. Bu barədə artıq bəyanatlar da verilib. Bu baxımdan İlqar Məmmədovun ideyası köhnədir. Siyasi deyil, hüquqi baxımdan yeni parlament seçkiləri keçirilməlidir. Çünki yeni Konstitusiya qəbul olunub, parlamentin səlahiyyətləri dəyişdirilib”.
ADP sədri hesab edir ki, cəmiyyətdə iqtidara qarşı böyük narazılıq dalğasının olmaması üçün xalqın maraqlarını ifadə edən qüvvələrin, real müxalifətin Milli Məclisdə təmsil olunması vacibdir:
"İndiki parlamentdə belə bir qüvvə yoxdur. Hazırkı deputatların heç biri xalqın maraqlarını müdafiə etmir. Buna görə də, növbədənkənar parlament seçkiləri keçirilməli və narazı elektorat öz təmsilçisini Milli Məclisdə görməlidir.
Baxın, deyirlər ki, seçkinin nəticələrinə görə, mən 3 faiz səs toplamışam. Yaxşı, mən həmin 3 faiz adamın maraqlarını harada ifadə edəcəyəm? Gərək parlamentə gedəm ki, həmin insanların maraqlarını ifadə edə bilim. Odur ki, bu, çox mühüm məsələdir. Əks halda, cəmiyyətdə çox ciddi konfrantasiyalar olacaq, vəziyyət pisləşməyə doğru gedəcək".

AMİP Siyasi Şurasının üzvü Əli Orucov fikirlərini "Reytinq”lə bölüşərkən bildirib ki, bu ilin aprelində keçirilən növbədənkənar prezident seçkilərindən sonra cəmiyyət yenilik və dəyişiklik gözləyirdi. Baş nazir və bir neçə naziri əvəzləməklə bu gözləntilər özünü doğrultmadı.
Onun sözlərinə görə, seçkilərdən təxminən 6 ay keçməsinə baxmayaraq, ölkədəki problemlər nəinki həll edilməyib, əksinə, daha da ağırlaşıb:
"Ölkə həyatının bütün sferalarında köhnədən nə var idisə, yerində qaldı. Sosial-iqtisadi sahələrdə geriləmələr və bahalaşmalar başladı. Fundamental hüquq və azadlıqların vəziyyəti daha da pisləşdi. İdarəetmədəkı gərginlik və çatışmazılıqlar "elektrik böhranı" və qanlı Gəncə hadisələrini yaratdı. Eyni zamanda, biz paralel olaraq Azərbaycan iqtidarına beynəlxalq təzyiqləri də müşahidə etməkdəyik. Üstəlik, regionda və dünyada gedən sürətli proseslər məcbur edir ki, daha çevik, dinamik daxili və xarici siyasət yürüdülsün. Açıq demək lazımdır ki, iqtidarın indiki komandası dövrün tələblərinə və gedən sürətli proseslərə cavab verə bilmir. Ya hadisələri düzgün qiymətləndirməyi bacarmırlar, ya gecikirlər, ya da qeyri-müəyyənlik sərgilənir. Ona görə də, həm çevik və dinamik siyasət yürütmək, həm indiki böhrandan çıxmaq, həm daxildəki qüvvələri balanslaşdırmaq, həm də gərginliyi azaltmaq üçün yeni parlament seçkilərinə ciddi zərurət var. Parlament ümumiyyətlə, hakimiyyətin əsas müstəqil qollarından biri kimi funksiyasını icra edə bilmədiyindən bütün ağırlıq icra hakimiyyətinin üzərindədir. Bu da nəticə etibarı ilə hakimiyyət qolları arasındakı qarşılıqlı əlaqəyə və nəzarətə imkan vermir”.
Partiya yetkilisi deyir ki, siyasi institutların, medianın və vətəndaş cəmiyyətinin zəiflədildiyi indiki durumda radikal meyllər genişlənməkdədir. "Fərq etməz bu dini təmayüllü olsun, yaxud da başqa formada. Zorakılığa meylliliyin artması Gəncədə dövlət hakimiyyəti orqanlarına qarşı həyata keçirilən silahlı hücumlar zamanı da göründü. Fikrimcə, iqtidar həm Azərbaycanı, həm də özünü qorumaq üçün xilas yolu kimi qanunverici hakimiyyətin demokratik prinsiplərlə formalaşdırılmasına imkan yaratmalıdır. Bu, həm də siyasi qüvvələrin, əhalinin siyasi fəallığının artmasına, siyasi proseslərə daha aktiv qoşulmalarına təkan verərdi. Bu isə həm Azərbaycanın, həm də hakimiyyətin gözlənilən ciddi təhlükələrdən etibarlı qorunması deməkdir. Məncə, ağıllı iqtidar reallığı dəyərləndirib, faydalı iş əmsalı sıfır olan, xalqda qıcıq yaradan, əksəriyyətini köhnə kommunist namenklaturasının təşkil etdiyi, təşəbbüskarlıqdan uzaq parlamenti buraxıb, dövrün və zamanın tələblərinə cavab verən, xalqın seçdiyi parlamenti formalaşdırmaqla Azərbaycanın sabit və inkişaf edən gələcəyini təmin etmiş olardı”,– deyə Ə. Orucov fikrini tamamlayıb.