Mirmahmud Mirəlioğlu: "Nə qədər ki, seçki prosesi başlamayıb, müxalifətin şansı haqqında nə isə demək mümkün deyil"
Əli Orucov: "Siyasi proseslərin içində olan adam kimi deyə bilərəm ki, belə hazırlıq səviyyəsi ciddi uğur vəd etmir"
Parlament seçkiləri yaxınlaşdıqca, müxalifətin uğur və uğursuzluq ehtimalı ilə bağlı səsləndirilən proqnozların da sayı artmaqdadır.
Maraqlıdır, müxalifətin parlament seçkilərindəki şansı nə dərəcədədir? Müxalifətin bu seçkilərdə dönüş yaradacağını gözləmək olarmı?
KXCP sədri Mirmahmud Mirəlioğlunun fikrincə, indiki halda bu barədə konkret fikir səsləndirmək çətindir: "İndiki halda, müxalifətin parlament seçkilərindəki şansı haqqında hansısa fikir səsləndirmək çətindir. Çünki hazırda bu, proqnozlaşdırılması mümkün olmayan bir məsələdir. Lakin seçki prosesinə start verildikdən sonra bu barədə müəyyən proqnozlar səsləndirmək, təhlillər aparmaq mümkün olacaq. Nə qədər ki, seçki prosesi başlamayıb, müxalifətin şansı haqqında nə isə demək mümkün deyil".
AMİP Siyasi Şurasının üzvü Əli Orucov qəzetimizə açıqlamasında bildirdi ki, seçkilərə o qədər də uzun müddət qalmasa da, siyasi mənzərə qənaətbəxş deyil: "Keçmiş seçkilərlə müqayisədə siyasi dinamizm aşağıdır. Siyasi proseslərin içində olan adam kimi deyə bilərəm ki, belə hazırlıq səviyyəsi ciddi uğur vəd etmir. Ancaq ölkədəki siyasi situasiyadan asılı olaraq, aktivlik yüksələ də bilər".
Məhəmmədəli QƏRİBLİ