Məlum olduğu kimi dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyası (MSK) seçkinin 1607 bələdiyyədə keçiriləcəyini bildirib. MSK qarşıdan gələn bələdiyyə seçkilərinin ədalətli, şəffaf şəkildə keçirilməsi ilə bağlı tədbirlər planı hazırlandığını, maarifləndirici işlərə başlandığını bəyan edib. Ekspertlər bu ilin dekabrında Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinin seçki qanunvericiliyində islahatlar üçün yaxşı imkan yaradacağını da deyib. "Üç nöqtə” ölkədə fəaliyyət göstərən siyasi partiyaların bələdiyyə seçkilərində iştirak edib-etməyəcəkləri, ümumiyyətlə bu aksiyaya necə hazırlaşmaları ilə bağlı onların fikir və rəyini öyrənib.
AMİP Mərkəzi Şuranın üzvü Əli Orucov bildirdi ki, bələdiyyə seçkiləri digər seçkilərlə müqayisədə sönük keçdiyinə görə potensial iddiaçılar seçki prosesinə qatılmağa o qədər də həvəs göstərmirlər. O, buna səbəb kimi ümumi seçkilərə inamın az olmasını və bələdiyyələrin müstəqil qurum kimi özünü doğrultmamasını qeyd etdi. "Buna baxmayaraq hesab edirəm ki, bu seçkiləri canlandırmaq bilavəsitə siyasi qüvvələrdən asılıdır. Siyasi partiyalar bələdiyyə seçkilərinə həm də hazırlıq və sınaq kimi yanaşmalıdırlar. Ona görə də AMİP ölkədəki köklü dəyişikliklərin seçkilərdən keçdiyini və yerli özünüidarənin vacib instutular olduğunu nəzərə alaraq bu seçkilərdə iştirak edəkcək”. A.Orucov partiyanın bələdiyyə seçkilərinə həm kəmiyyət, həm də keyfiyyət baxımından hazırlıqlı gedəcəklər. O, artıq namizədlərin irəli sürülməsinə start verildiyini dedi.
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov partiyanı bələdiyyə seçkilərində təmsil edəcək bütün namizədlərin və səlahiyyətli nümayəndələrin siyahısının hazır olduğunu bildirib. Onun sözlərinə görə, patiyanın İdarə Heyətinin toplantısında namizədlərin irəli sürülməsi, səlahiyyətli nümayəndələrin təyin olunması məsələləri öz həllini tapaıb. S.Novruzov qeyd edib ki, YAP bütün bələdiyyələr üzrə namizədlərini irəli sürəcək: "Hazırda bununla bağlı lazım olan sənədləşmə işləri həyata keçirilir. YAP bələdiyyə seçkiləri ilə bağlı əvvəlcədən hazırlıq işlərini görmüşdü. Yerlərdə seçki qərargahları yaradılmışdı. Artıq namizədlərin də hamısı müəyyənləşib”.
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə isə bildirdi ki, hazırda rayon təşkilatlarının namizədləri ilə təbliğati treninqlər keçirilir. Onun sözlərinə görə, hazırda partiya bələdiyyə seçkilərinə hazırlıqla bağlı yeni bir proqram müəyyənləşdirib. A.Mollazadə bu proqrama əsasən partiya seçkilərdə daha çox gənc xanım namizədlərin iştirakına üstünlük verəcək. Onun sözlərinə görə, hazırda bələdiyyə seçkilərində iştirak edəcək namizədlərin müəyyənləşdirilməsi prosesi davam etdiyi üçün onların sayı barədə açıqlama vermək tezdir. O, həmçinin bu gün bələdiyyələrin nüfuzunun aşağı olması və ona inamsızlığın olması ilə bağlı siyasi partiyalar tərəfindən səslənən fikirlərlə də razılaşa bilməz. "Biz düşünürük ki, ümumiyyətlə, demokratiya yuxarıdan aşağı deyil, aşağıdan, yəni icmalardan, bələdiyyələrdən başlayır. Azərbaycanda bu təcrübəni genişləndirmək, bələdiyyələrin hüquq və məsuliyyətini artıqmaq üçün böyük işlər görülməlidir. Təbii olaraq seçkilər də bu prosesdə çox önəmli bir mərhələdir”

ADP sədrinin müavini Taliyət Əliyev böyük ehtimalla ADP–nin bələdiyyə seçkilərində iştirak etməyəcəyini dedi. Onun szölərinə görə, buna səbəb insanların bu seçkilərə maraqlı olmamasıdır.
"Partiya üzvlərini inzibati qaydada da seçkilərə cəlb etmək fikrimiz yoxdur. Bununla bərabər partiya üzvlərinə qarşıdan gələn bələdiyyə seçkilərində iştirak etməkdə sərbəstlik veriləcək. Hansı partiya üzvü seçkilərdə iştirakda maraqlı olsa, iştirak edə bilər, partiya da əlindən gələn dəstəyi həmin partiya üzvünə verməyə hazırdır”.