Ölkə başçısı İlham Əliyev yanvarın 26-da regionların inkişafı proqramının gedişinə dair müşavirə keçirib. Ölkə başçısı çıxışında korrupsiya probleminə də toxunub.
"Korrupsiyaya qarşı cəza tədbirləri tətbiq olunur və olunacaq. "ASAN xidmət” mərkəzləri 7 milyondan çox insana xidmət göstərib, burada rüşvət yoxdur. Əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar. Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur”, – deyə o qeyd edib.
İlham Əliyev daha sonra məmurları xalqa xidmət etməyə çağırıb: "Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər. Məmurların fəaliyyətinə qiymətdə bu, əsas rol oynayacaq”.
Ölkə başçısı məmurları Naxçıvanda istehsal olunan "NazLifan” maşınlarını almağa çağırıb: "Dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”.
Xatırladaq ki, "NazLifan” Naxçıvan avtomobil zavodunda Çinin "Lifan” şirkəti ilə birlikdə istehsal olunur. Bu avtomobillər indiyədək əsasən əlillərə dövlət tərəfindən pulsuz paylanırdı. Azərbaycan məmurları isə əsasən "Mercedes”, BMW, "Lexus” və bu kimi başqa bahalı maşınlarda gəzməyi xoşlayırlar.