Elşən Mustafayev: "Onlar müxtəlif bəhanələrlə hər zaman problemin həllini dalana dirəyirlər”
Azərbaycan və Ermənistan prezidentlərinin Avstriyanın paytaxtı Vyana şəhərində keçirdikləri görüşdən sonra təmas xəttində nisbi sakitlik hökm sürsə də, lakin qarşı tərəfdən müntəzəm olaraq səsləndirilən təxribat xarakterli bəyanatlar Ermənistanın hələ də münaqişənin həlli istiqamətində sülhə meyilli olmadığından xəbər verir. Bu günlərdə işğal altında olan ərazilərdə keçirilən hərbi təlimlər və bir neçə erməni generalının əks hücuma keçəcəkləri barədə sərsəmləmələri bu sakitliyin uzunmüddətli olmayacağına dəlalət edir. Elə bu səbəbdəndir ki, prezidentlərin iyun ayında nəzərdə tutduqları görüşünün İrəvanın günahı səbəbindən baş tutmayacağı da ehtimal olunur. Bəs görəsən, prezidentlərin görüşü baş tutmaya bilərmi? Ümumiyyətlə, təmas xəttində yaranan nisbi sakitlik nə dərəcədə uzunmüddətlidir? Bu və ya digər suallarla Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayevlə söhbətləşdik.
-Elşən bəy, Vyana görüşündən sonra təmas xəttində yaranan nisbi sakitlik sizcə davamlı olacaqmı?
-Təmas xəttində nisbi sakitlik olsa da, gərginlik hələ də davam edir və istənilən zaman hərbi əməliyyatların başlaması mümkündür. Bu da onunla əlaqədardır ki, hər iki tərəfin məsələnin sülh yolu ilə həll olunmasına inamları azdır. Belə ki, problemin beynəlxalq hüquqa söykənən ədalətli həlli Ermənistanı qane etmir. Onlar istənilən statusda Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması ilə razılaşmırlar. Bunu açıq şəkildə deməsələr də, görünən odur ki, müxtəlif bəhanələrlə hər zaman problemin həllini dalana dirəyirlər. İndi elə bir dövrə çatmışıq ki , danışıqlar prosesinin uzun müddət nəticəsiz davam etməsi mümkün olmayacaq.
-Bu arada Ermənistanın işğal altında olan ərazilərdə hərbi təlimlər keçirməsi, erməni generalların yaxın vaxtlarda əks hücuma keçəcəkləri barədə açıqlamaları onu deməyə əsas verirmi ki, işğalçı ölkə hələ də keçmiş ənənəsinə sadiqdir?
-Ermənistan heç vaxt öz başına hərbi əməliyyatlara başlamaq qərarını vermək iqidarında olmayıb, bundan sonra da olmayacaq. Ona görə yox ki, bunu istəmir . Sadəcə ”ağasının” razılığı olmadan addım atmaqdan qorxur. Bilir ki , bu günə kimi işğal elədiyi torpaqların bir qarışını belə öz gücünə almayıb. Hərbi təlimlərin keçirilməsi isə bir neçə məqsədə hesablanıb. Birincisi, bu təlimlər 4 günlük müharibə məğlubiyyətindən sonra Ermənistan hakimiyyətinin və ordusunun
sarsılmış nüfuzunu bərpa etməyə hesablanmış cəhddir. İkincisi isə sülh danışıqları gedişatında belə təlimlərin aparılması ilə düşünürlər ki, Azərbaycana qarşı əzələ nümayiş elətdirirlər. Əslində isə bu təlimlər gölməçədə fırtına yaratmaq cəhdlərindən artıq bir şey deyil.
-Bu arada iyun ayında prezidentlrin növbəti dəfə görüşəcəyi bildirilir. Növbəti görüşdən nəsə gözləmək olarmı?
-Mən may görüşünün nəticələrindən sonra prezidentlərin iyun görüşündən ciddi bir nəticə gözləmirəm. Məlum oldu ki, Ermənistan əvvəlki şərtlərinin heç birindən geri çəkilməyib və çəkilmək fikri də yoxdur. Belə olan halda hansı irəliləyişdən danışa bilərik.
-Aprel döyüşlərindən sonra Rusiyanın Ermənistana təsir edəcəyi və işğal altında olan 7 rayonun boşaldılacağı bildirilirdi. Lakin gözləntilər özünü doğrultmadı. Sizcə, bu bir şayiə xarakteri daşıyırdı, yoxsa Moskva İrəvanı razı sala bilmədi?
-Aprel ayında Azərbaycanın uğurlu hərbi əməliyyatları Ermənistanı, həm də Rusiyanı çox qorxutmuşdu. Hər ikisi bilirdi ki, Azərbaycan qısa müddətdə işğal altında olan ərazilərini azad etmək iqtidarındadır. Ona görə də Rusiya təcili araya girərək Azərbaycanı atəşkəsə razı saldı. Sözsüz bu arada Rusiya Azərbaycana problemin həlli üçün vədlər də verib. Amma mən hesab edirəm ki, bütün bunlar yalnız bir məqsədə xidmət edirdi. Uğurlu hərbi əməliyyatlar dayandırılsın , erməni ordusu , erməni xalqı xaotik panikadan çıxsın. Bu arada müxtəlif mənbələrdə 5 rayan və ya 7 rayonun qaytarlacağı kimi fikirlər getməyə başladı. Amma məlum oldu ki, bunlar boş bəyanatlar idi. Moskvanın İrəvanı razı sala bilməməsi isə ümumiyyətlə ciddi fikir deyil. Əgər Moskva olmasaydı, aprel ayında Dağlıq Qarabağ adında konflikt artıq olmayacaqdı. Azərbaycan ərazi bütövlüyünü tam bərpa edəcəkdi. Bunu Ermənistan çox gözəl bilir. Moskvanın Ermənistana ya torpaqları qaytar, ya da gedin özünüz məsələnizi həll edin, mən bu işdə yoxam deməsi kifayət edərdi ki, Ermənistan qorxusundan Rusiyanın bütün təkliflərini qəbul etsin. Odur ki, problemin bu gün həll olunması deməli Rusiyanı qane etmir . Yəni ona bu konfliktin hələ bir müddət davam etməsi lazımdır.