Qanlı yaz günləri

(Hekayədə bəhs olunan adlar və görüşlər həqiqəti əks etdirmir)

1959-cu il idi. Bəxtiyar kişi ağır xəstə yatırdı. Xanımı dünyasını dəyişdikdən sonra qohumlarının aramsız təkidlərinə baxmayaraq evlənməmişdi. Həyatda bircə oğlu var idi. Bir oğlu isə 1918-ci ildə, elə 18 yaşında olanda neft buruqlarının arası ilə evə gedərkən rus-erməni birləşmələri tərəfindən öldürülmüşdü. Ona baxan bir qız nəvəsi var idi ki, o da universitetdə oxuyurdu. Qız dərsdən sonra həm babasına qulluq edir, həm də kitabxanaya baş çəkib dərslərini oxuyurdu. İndi isə o evdə yoxdur.

Anası naxoşladığından ona baş çəkməyə getmişdi. Bəxtiyar kişi səhərdən bir fincan çay içmişdi. Boğazından yemək keçməsə belə üzü pəncərəyə uzanaraq dərman qəbul edəcəyi zamanı gözləyirdi. Sanki gözləri ilə pəncərədən süzülən günəş şüaları ilə birlikdə ömrünü də içəri çəkirdi. O, fikrə dalmışdı ki, birdən qapı döyülür. Güclə qapıya tərəf çevrilən Bəxtiyar kişi qapıdan iki nəfərin içəri daxil olduğunu gördü. İçəri uzunboylu, sarışın, gözündə eynək, əlində kağız olan cavan bir oğlan və orta yaşlı bir adam girdi. Bəxtiyar kişi güclə çarpayısında dirsəkləndi və asta səslə:

- Xoş gəlmisiniz. Keçin əyləşin - dedi. Orta yaşlı adam əvvəlcə özünü, sonra isə eynəkli cavan oğlanı təqdim etdi:

- Mən, Məşədi Aslanam. Bakılıyam. Sizi tanıyıram. Bu oğlan isə Con Bernarddır. Xarici jurnalistdir, Sovet ölkələri haqqında yazır. Ancaq bura gizli gəlmişik. Məsələ başqadır. İtə-qurda ilişməsək yaxşıdır.

- Nə məsələdir, oğul?

- Bəxtiyar kişi, bu oğlan deyir ki, 1918-ci ildə Bakıda qırğın olub. Ruslarla ermənilər Bakıda camaatı qırıblar. Onlar haqqında yazmaq istəyir. Bilirsiniz, bu dövrü görənlər də görməzlikdən gəlib. Heç kim həqiqəti deməz.

- Casusdur?

- Nə danışırsız? Mən sizi pis-yaxşı tanıyıram. 90 yaşını haqlamış ağsaqqalsınız. Mənim babam da o qırğında həlak olub... İstəyirəm bu oğlan o qırğın haqqında yaxşı yazı hazırlasın və Avropa ölkələri tanısın o mənfurları.

Araya bir xeyli sükut çökür. Con bu adamların danışığını anlamırdı. Rus dilini bilirdi, MəşədiAslan da onunla rusca danışırdı, ancaq Bəxtiyar kişi ilə danışığı Azərbaycan dilində olduğundan, anlaya bilmirdi.Bəxtiyar kişi nə qədər yaşlı və xəstə olsa da Məşədi Aslanla danışdığında Con onun gözlərindəki dəhşəti aydın görürdü, gözlərindən atəş yağırdı. O özlüyündə təxmin etmişdi ki, onlar həmin qırğından danışırlar və bu qoca xəstə anında çox böyük həyəcanla acı günləri xatırlayır. O, anlayırdı qocanın belində illərin yükü olduğunu.

Bəxtiyar kişi 90 yaşındaidi. 1918 – ci ildə 49 yaşı vardı. O, Bakıda və ətraf rayonlarda daşnakların və rusların birgə törətdiyi soyqırımın canlı şahidi idi. Gözünü qan almışların məscidə necə hücum çəkdiklərini, insanları nəinki küçələrdə, öz evlərində vəhşicəsinə öldürülməsini də gözləri ilə görmüşdü. Mart ayının sonu, aprelin ilk günləri Bakıda güllər açacaqdı, ancaq axıdılan qanlar güllərin boynunu əymişdi... güllər kədər saçırdı. Həmin gündən o yaz günlərini "qanlı yaz günləri” adlandırırdılar.

Hadisədən bir neçə gün sonra şəhərin sağ qalan camaat ilə Bakı küçələrindən və dənizdən müsəlmanların meyitlərini daşıdığı an öz oğlunun da buruqlar arasında güllə dəymiş meyitini görməsi və keçirdiyi hislər hələ də onu dəhşətə gətirirdi. Qardaşının ailəsi həmin soyqırımda tamamilə məhv edilmişdi. Kişi bunları düşünüb-danışdıqca gözlərindəki dəhşət böyüyürdü. Eşidən olmasın deyə asta səslə danışırdı, Məşədi isə avropalı gəncə rusca tərcümə edirdi. Con yazdıqca hərdən göz altı Bəxtiyar kişini süzürdü. Onun gözləri çox şey deyirdi.Artıq bu soyqrımın həqiqət olduğuna inanmışdı. Bəxtiyar kişi danışdıqca tənginəfəs olur, tez-tez öskürür və su içirdi. O günləri sanki bir də yaşayırdı. Axı o özü də təsadüf nəticəsində sağ qalmışdı... Sağ qalmışdısa da sonralar sovet rejiminin mənəvi məhv etdiyi insanladan idi. Onun indiki İçəri Şəhərdə kiçik, rütubətli evindən başqa heç nəyi yox idi.

Beləliklə Bəxtiyar kişi ta əvvəldən – ata babalarından eşitdiyi kimi ermənilərin Bakıya necə köçürüldüyündən, birinci erməni-müsəlman davasın dan, İrəvandan azərbaycanlıların deportasiyasına kimi danışdı. O danışdı, MəşədiAslan tərcümə etdi, Con isə yazdı. 3 saatlıq müsahibədən sonra Məşədi qapıdan boyladı görsün kimsə yoxdursa aradancıxsınlar. O, Cona yazını tam məxfi saxlamağı və öz ölkəsinə gedənə kimi necə olur-olsun gizlətməyi xahiş etdi.
Aradan iki ay keçdi. Uzun sürən xəstəlikdən sonra Bəxtiyar kişi vəfat etdi. Onun yas mərasiminə demək olar ki, bütün Bakı əhli yığışmışdı. Çoxları onu "canlı tarix” adlandırardı. O isə bildiklərini danışmazdı. Qorxmurdu, sadəcə istəmirdi ondan eşidənlər haradasa danışsınlar və kəşfiyyat orqalnları tərəfindən qara siyahıya salınsınlar.

Onun yasında Məşədi Aslan çox narahat idi.Çünki, yazının çap olunacağı və Bəxtiyar kişiyə müjdə verəcəyi günü gözləyirdi. Con söz vermişdi ki, teleqramla xəbər verəcək. Vaxt uzanırdı və Condan xəbər çıxmırdı. Bir gün sovet qəzetlərindən biri böyük bir məqalə dərc etdi. Məqalədə 1918-ci il hadisələrinin uydurma olduğu, azərbaycanlılarla ermənilərin qardaş kimi yaşdıqları və Bakının ən qocaman sakini Bəxtiyar kişişinin də bu qardaşlıq haqqında ağız dolusu müsahibə verdiyi yazılmışdı. Məşədi Aslan bu yazını oxuyub ilan çalmış kimi yerində buruldu. O bilirdi ki, su haradan bulanıbsa, kimsə bu işdən xəbər tutubmuş...

Con SSRİ haqqında yazdığı yazıları səliqə ilə portfelinə yığıb Bakıdan Kiyevə, oradan da öz ölkələrinə gedəcəkdi. Bəxtiyar kişidən aldığı müsahibəni dəfələrlə oxuyub əzbərləmiş, kağızı isə yandırmışdı. Çünki, ölkəsindən gələndə ona sovet kəşfiyyatı haqqında məlumat verilmişdi. Bakı hava limanında Conu saxlayıb bütün axtarışları keçirdikdən sonra qərara gəliblər ki, onu xüsusi rejimdə sorğu-sual etsinlər. Con isə ölmək istəmirdi. O bir millətin necə soyqrıma məruz qaldığını dünyaya çatdıracaqdı. Fiziki və mənəvi təyziqlərdən sonra o, hadisənin ucundan-qulağından deməyə məcbu olmuşdu. Düşünürdü, danışsa onu sağ buraxacaqlar və o bu bir millətin harayını öz qəzetində yayımlayacaq. Ancaq təəssüf. Con öldürüldü və cənazəsi məxfi şəkildə yox edildi. Sən demə o zaman Bakı KQB-sinin rəhbərləri ermənilər imiş. Onlar isə eşitiklərini tam tərsinə çevirib və özlərinə sərf edən şəkildə qəzetdə çap etdirmişdilər...

Beləliklə sovet zülmünün qızğın vaxtında Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq həm də canlı şahidin dilindən... mümkün olmadı. Millətimizə qarşı edilən soyqrım ədalətsizcəsinə ört – basdır edildi. Nəhayət, illər keçdi, ölkədə bu soyqırımın rəsmi matəm günü elan edilməsi qərarı verildi. Bu gün dünya turistləri Quba məzarlığını həmin soyqrımların bir sübutu kimi ziyarət edir və ermənilərin mənfur əməllərinin şahidi olurlar. Təəssüf ki, nə Bəxtiyar kişi, nə Məşədi Aslan bu günü görmədi, nə də Con Bernard adlı jurnalist öz qəzetində bu haqda yaza bilmədi...