Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və lideri Etibar Məmmədov AXCP sədri Əli Kərimli və onunla birlikdə partiya üzvlərinin polis tərəfindən saxlanılması məsələsinə münasibət bildirib.
Etibar Məmmədov Demokrat.Az-a açıqlamasında deyib ki, Azərbaycanda adamların polis tərəfindən siyasi motivlərlə saxlanılması və siyasi qarşıdurmanın olması arzuolunmazdır:
"Şəhidlər Xiyabanında bu cür qarşıdurmanın olması arzuolunmaz və xoşagəlməz hadisədir. Hətta, bu cür hallarda bir tərəf sərt hərəkətlər edəndə, digər tərəf yumşaq davranmalıdır. Heç bir halda qarşıdurmaya yol verilməməlidir. Ümumiyyətlə, bu xoşagələn hadisə deyil. Bunun əvvəldən həlli yolları var idi. Çox təəssüf ki, bu qarşıdurma ilə nəticələndi".
AMİP lideri qeyd edib ki, insanların Şəhidlər Xiyabanını ziyarət etməsinin qarşısını almaq olmaz:
"Hətta, bu cür vəziyyətdə hər hansı dövlət tədbiri keçirilsə belə, bu normal şəkildə yoluna qoyulmalıdır. Yəni, bu adamlara normal xəbərdarlıq edilməklə də məsələ həll oluna bilərdi. Ancaq bu insanların bu cür geri qaytarılması bəzi adamların peşəkarlığının aşağı olmasından, yaxud da bu cür qarşıdurmada hakimiyyətdaxili maraqlı qüvvələrin olmasından xəbər verir. Görünən odur ki, onların saxlanılması cəmiyyətə çox ciddi təsir edib. Buna görə də Azərbaycanda belə qarşıdurmaların olması qətiyyən arzuedilən deyil. Siyasi müstəvidə fikirlərin toqquşması yalnız siyasi yollarla həll olunmalıdır. Yəni, inzibati yollarla bu məsələnin həlli heç də yaxşı nəticə vermir".