"İnsanlar bir çox məsələ ilə - məhrumiyyətlərlə, yoxsulluqla
barışa bilərlər. Amma ədalətsizliklə barışmaq mümkün deyil, özü də bu
ədalətsizlik hamının gözü qarşısında baş verəndə”.
İlham Əliyev
Azərbaycan Respublikasının prezidenti
17 dekabr 2014
Dekabrın
23-də Azərbaycanda bələdiyyə seçkilərinin son mərhələsinə, seçicilərin
sandıq başına gedərək öz seçimlərini etməsi mərhələsinə start verildi.
Onsuz da hamı bu seçkilərin də əvvəlkilərdən fərqlənməyəcəyini və total
saxtakarlıqla keçiriləcəyinin fəqrində olduğundan nə özlərinə əziyyət
verməyi, nə də vaxtlarını itirməyi lüzum görməyərək, bir növ seçkiləri
boykot etdi. Elə MSK seçkiləri elan etdiyi andan proses sönük,
haysız-küysüz, seçki fəallığı olmadan başladı. Bundan əndişələnən
hakimiyyətin çox cəhd etməsinə, əl-ayağa düşməsinə rəğmən namizəd tapmaq
belə müşkülə çevrildi. Cıxış yolu kimi yenə inzibati üsullara, zorakı
metodlara əl atıldı. Büdcədə çalışanlara məcbur edildi ki, heç bir
səlahiyyəti olmayan və pis imic qazanmış bələdiyyələrə namizədliklərini
irəli sürsünlər. Hətta bölgələrdə bir çoxunun xəbəri belə olmadı ki, o,
bələdiyyə üzvlüyünə namizəddir.
Seçkilərin
təbliğat-təşviqat dövründə də namzidədlərin təbliğat materialları gözə
dəymədi. Bu məsələnin də həllinə yenə inzibatı üsullarla nail olmaq
istədilər. Yerli icra qurumları məcbur qalaraq bəzi namizədlərin əvəzinə
plakat çıxarıb bir-iki yerə yapışdırdılar. Amma nə illah edilidi
edilsin seçki prosesinə rəng qatmaq, onu ölü nöqtədən tərpətmək mümkün
olmadı. Hakimiyyət sınaqdan uğurla çıxartdığı seçki texnalogiyası
səsvermə günündə işə salındı. Aidiyyatı bələdiyyə üzvü olacaq şəxslərin
əvvəlcədən hazırlanmış siyahısı, "karusel”, seçicinin yerinə komissiya
üzvlərinin səs verməsi, seçicilərə müxtəlif üsullarla seçkiyə gəlmələri
üçün təsir göstərilməsi (bu hal xüsusən büdcədə oturanlar və onalrın
vasitəsi ilə digərləri), şantaj, qapalılıq və s. kimi yaramaz metodlar
işə salındı.
Bu seçki də ssenarisi və qurluşu
çox bəsit olan tamaşaya bənzədi. Müxalifətin bir qismi bu seçkidə
dekorasiya kimi, bir qismi ssenarinin içində epzotik rolda iştirak
etməklə, sonunda da hərə öz maraqlarına uyğun bəyanat verməklə prosesə
yekun vurdu. Maraqlıdır ki, bu bəyanatlarda da kəsərlilik, konkretlik,
"emosiya” yox idi. Sanki belə seçki, belə vəziyyət orda iştirak edənləri
də, iştirak etməyənləri də tam qane etdi. İtidarın yemlədiyi və
yedəklədiyi partiyaların mövqelərini başa düşdüm. Heç bir resursla
getmədən, "adı var, özü yox” "papka”lara verilən paydan feyziyab olaraq
Fazil Ağamalıkimlərin "zuyçuluğu” başadüşüləndir. Zatən bu partiyalar
yaradılarkən iqtidarın məqsədi "zuytutanlar” dəstəsi kimi bir peşəni
çiçəkləndirmək idi. İnsafən, Gədəbəy kartofu kimi əkilən toxumun hamısı
cücrərib. İstər seçki, istər qeri-seçki "sezon”larında hakimiyyət
bundan bəhrələnir. Buna sözüm yox.
Sözüm
ölkənin ciddi, aparıcı və nüfuzlu partiyalarının seçkinin nəticələrinə
yanaşamlarından gedir. Həmin partiyaların verdiyi bir neçə cümləlik
bəyanatlarında mücərrədlik, çəkincəklik, söz yığınından ibarət
anlaşılmazlıq heyrət doğurur. Sanki bu partiyalar hakimiyyətlə
aralarının dəyməsindən, yaxud da, ümid edəcəkləri nəyinsə üzərindən xətt
çəkiləcəyindən, kimlərinsə gözündən-könlüdən düşəcəklərindən ehtiyat
edirlər. Təəssüflə qeyd etməliyəm ki, bu partiyaların nəticələr barədə
gəldikləri nəticə müxtəlif vəd və inandırmalarla həvəsləndirərək seçkiyə
qoşduqları yüzlərlə üzvlərinin, tərəfkeşlərinin, yüz minlərlə
eloktoratının haqsız yerə məğlub duruma salınaraq, haqqı tapdalanaraq və
buna görə də keçirdikləri gərginliklərinə, əsəblərinə adekvat deyil.
Onların hirsdən quruyan dil-dodaqlarına bir damcı su səpmir. Nə
yazıqlar ki, bu gün Azərbaycan siyasətində qətiyyətlik, ötkəmlik,
cəsarərlik və bütövlük çatmır.
Doğrudur, bu
hakimiyyətə hansısa bəyanatla, hansısa sözlə təsir etməklə onu pis
əməllərdən, qanunsuzluqlardan, ədalətsizliklərdən çəkindirmək mümkün
deyil. Lakin hakimiyyətin inzibati və zorakılıq resurslarına qarşı
çarəsiz, əliyalın duruma düşürülərək, haqqını ala bilməyən insanların
daxili yanğısına su çiləmək də çətindirmi?! Belə ehtiyatlı, "bəlkə
də...” gümanı üzərində siyasət qurmaq siasi perspektiv vəd etmir. On
illiklərdir ki, bu "bəlkə”lər heç cücərmir. Cücərməyəcək də.
İllər
uzunu gözlərini və qulaqlarını ABŞ-a Qərbə, Rusiyaya, İrana, Türkiyəyə
dikən siyasətçilərimiz, nəhayətdə, nicat yolunu və problemlərin həllini
daxildə axtarsaydılar bəlkə də çox şeylərə nail olmaq olardı. Kənarlara
deyil, kəndardan içəri diqqət yetirmək, hər bir fərdlə fərdiyyəçilik
etmək lazımdır. Bunun üçün vundirkin olmaq lazım deyil. Adi ev
tapşırıqlarıdır.
Bir sıra müxalif partiya
sədrləri ümidlidirlər ki, belə ədalətsizliklərə və haqsızlıqlara
susmaqla, yaxud da, hansısa rollar oynamaqla hakimiyyətlə aralarında
körpü qurub şəxsi maraqlarını təmin edə biləcəklər. Bu seçkilər bir daha
göstərdi ki,
Əliyev iqtidarı üçün körpünü Ziya Məmmədov tikir,
özü
də şişirdilmiş büdcəyə, onun təhlükəsizliyinə Ramil Usubov cabadehlik
daşıyır, yanğından mühafizəsinə Kəmaləddin Heydərov məsuldur, yaşıllıq
işlərinə Hüseynqulu Bağırov və s. baxır. Hər nazirin, hakimiyyətdaxili
hər bir klanın öz "polyaları” var. Xalqa isə bu körpüdə intihara cəhd
və intihar etmək qalır. Tıxaclar da təkcə yollarımızda deyil, cəmiyyətin
özündə də bir basa-bas yaranıb.
Bizim bəzi
siyasətçilərimizin ən böyük qəbahətlərindən biri də odur ki, özlərinin
inanmadıqlarına xalqı inandırmağa çalışmalarıdır. Elə hesab edirlər ki,
xalq sadəlövhcəsinə bunların hər sözünü doqma kimi qəbul edir. Elə deyil
əzizlərim. Bir mandat üçün, şəxsi və qrup maraqları xatir göstərilən
şoular, oynanılanlar kənardan "Kos-kos” tamaşasına oxşayır. Özünüzə belə
əl qatmaqdansa xalqla, kütlə ilə əl-ələ verib hamılıqla mövcud ağır və
acınacaqlı vəziyyətdən xilas olmaq lazımdır. Bu daha optimal və doğrusu
olanıdır.
Daha nəyi gözləyək? Ölkənin
prezidenti, bir halda açıq şəkildə bəyan edir ki, "İnsanlar bir çox
məsələ ilə - məhrumiyyətlərlə, yoxsulluqla barışa bilərlər. Amma
ədalətsizliklə barışmaq mümkün deyil, özü də bu ədalətsizlik hamının
gözü qarşısında baş verəndə”.
Hər yedə
ədalətsizlik, haqsızlıq, zorbalıq xirtdəkdən. Hətta, dövlət başçısı, Ali
Baş Komandanın özü belə hamının gözü qarşısında baş verən haqsızlığa
üsyan edirsə, buna qarşı mübarizəyə səsləyirsə, o zaman biz niyə bu
çağrışa bu səsə səs verməyib, ölkəni saxtakarlardan, yaltaqlardan
rüşvətxor və korrupsionerlərdən, haramzadalardan və haramdan xilas etmək
üçün səfərbər olmuruq. Bu həm də səfərbərlik çağrışıdır. Səfərbərlik
təkcə cəbhə və təmas xətti boyu deyil, cəbhə hər məktəbdən, hər dövlət
idarəsindən, hər seçki məntəqəsindən, hər bir talançı, şişman məmurun
yaxasından başlayır.
Hamının gözləri
qarşısında hər gün əzilən, təhqir olunan, zorakılıqla üzləşən, cibimizə
girilən, son tikəmizı boğazımızdan çıxarılan, namusumuza, vicdanımıza,
hər şeymizə təcavüz edilən bizlərik-sadə xalqıq. Fəqri yoxdur bunu
sərhəddin o tayındakılar etsin, istər bu tayındakılar.
Bu
məqamda prezident İlham Əliyevdən daha bir iqtibas yerinə düşərdi:
"Məişətdə, həyatda, siyasətdə, idmanda ləyaqət hər bir insan üçün
başucalığı gətirir. Bu isə insanın daxilində olmalıdır və eyni zamanda,
bu, tərbiyə olunmalıdır”. Bu kəlamlardan sonra deməyə nəsə yazmaq
artıq olardı.