Elşən Mustafayev: "Xüsusilə də İranla Türkiyənin müzakirə etməsinə ehtiyac olan çox mövzu var"
"Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşü gələn il Tehranda keçirilə bilər". Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi keçirdiyi mətbuat konfransında deyib. B.Qasımi bildirib ki, üçtərəfli zirvə görüşü ölkələr arasında münasibətlərin daha da inkişafına xidmət edir: "Düşünürəm ki, bu görüşün tərkibi dəyişərək bir neçə ölkə prezidentinin iştirakı ilə təşkil oluna bilər".
O əlavə edib ki, Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşünün vaxtı və gündəliyi haqqında indidən danışmaq tezdir.
Sözçü ABŞ-da keçirilən prezident seçkiləri və Donald Trampın prezident seçilməsinə dair sualları da cavablandırıb. O, İranın nüvə proqramı üzrə birgə hərtərəfli fəaliyyət planının (BHFP) bir neçə ölkə arasında razılaşdırıldığını xatırladıb: "Müqaviləni BMT də təsdiqləyib. Sadəcə, iki ölkənin əldə etdiyi razılaşma deyil ki, bir tərəf müqaviləni pozsun".
B.Qasımi İranın digər ölkələrlə viza rejimini ləğv etməsinə dair suallara cavabında bildirib ki, indiyədək Ermənistan və Gürcüstanın İran vətəndaşları üçün vizanı ləğv etməsi məsələsi müzakirə olunub. Bununla bağlı razılıqlar əldə edilib.
İranda nəzərdə tutulan prezidentlərin zirvə görüşündə daha hansı ölkə başçılarının iştirakını gözləmək olar?
AMİP beynəlxalq katibi Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, nəzərdə tutulan görüşə üç ölkə başçısının qatılacağı dəqiqləşib: "Belə görüşlər tez-tez keçirilir. Bilirsiniz ki, region ölkələrinin müzakirə edə biləcəyi bir çox mövzu var. Məsələn, Xəzərin hüquqi statusunun müzakirəsilə bağlı mütəmadi görüşlər olur. Tehran görüşünə Qazaxıstan və ya Türkmənistanın qatıla biləcəyi hər an baş tuta bilər və burda qeyri-adi nəsə yoxdur. Düşünürəm ki, həmin görüşə Türkiyənin qatıla biləcəyi ehtimalı daha böyükdür. İran da bunun marağındadır. Rusiya ilə Türkiyənin münasibətləri normal olduğu üçün Ankaranın Tehran görüşündəki iştirakı mümkündür. Çünki son vaxtlar Türkiyə ilə onun əzəli müttəfiqləri olan Qərb ölkələri arasındakı münasibətlər normal məcrada inkişaf etmir. Hətta Türkiyə bəyan edib ki, ölkənin Avropa İttifaqına üzvlük məsələsi həll edilməyəcəyi təqdirdə onlar başqa ittifaq formatlarına üz tuta bilər. Xüsusilə də İranla Türkiyənin müzakirə etməsinə ehtiyac olan çox mövzu var. Faktiki olaraq İraq və Suriya məsələsində bu iki ölkənin mövqeyi haçalanır. İranın regional layihələrdə iştirakı və bu coğrafiyanı əhatə edən ölkələrlə daha yaxınlıq etmək istəməsi nəzərə çarpır. Sanksiyaların götürülməsindən sonra İran regionun aparıcı oyunçusu olmaq iddiasını gizlətmir. Düşünürəm ki, görüşə qatılacaq sürpriz ölkə Türkiyə olacaq".