Elşən Mustafayev: "Bu addım eyni zamanda Rusiyanın daxilində Putinə inamı qaldırmağa yönəlib"
"Rusiyanın məhz deyilən akvatoriyada hərbi təlimə start verməsi birbaşa hərbi güc nümayişi ilə bağlıdır"
Son günlər ərzində Rusiyanın bölgədə xüsusi fəallığı hiss edilməyə başlayıb. Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin İrana etdiyi səfərdən sonra şimal qonşumuzun bizim ətrafımıza olan diqqəti daha da artıb.
Putinin qısa bir zaman kəsiyində İlham Əliyevə iki dəfə telefonla zəng etməsini də bu qəbilə aid edə bilərik.
Məlum olduğu kimi, İlham Əliyevin iranlı həmkarı ilə görüşləri zamanı Xəzərin statusu ilə də bağlı məsələlər ətrafında müzakirələrin aparıldığı qeyd edilib.
Məhz belə bir məqamda Rusiyanın Xəzər Hərbi Dəniz Donanmasının 50-dən artıq gəmisi təlimə başlamaq üçün dənizə çıxmağa hazırlaşır. Bu haqda Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, təlim iki ay (mart və aprel aylarında) davam edəcək. Tipindən və təyinatından asılı olaraq, hər gəmi dənizdə 8-20 sutka qalacaq. Təlim zamanı hərbçilər döyüş hazırlığı, silahlardan istifadə ilə bağlı müxtəlif tapşırıqları yerinə yetirəcək.
Rusiyanın bu addımı nəyə hesablana bilər?
Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq katibi Elşən Mustafayev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Rusiyanın öz hərbi gücünü nümayiş etdirməsi təəccüblü hal deyil: "Xüsusilə də Xəzərdə biz belə halların tez-tez şahidi olmuşuq. Bir müddət əvvəl Putinin özünün də seyr etdiyi böyük hərbi təlim keçirildi. Rusiya bölgədə çox arxayın davranır. Ətrafında olan kiçik ölkələrdən heç bir təhlükə gözləmir. Xəzərə iddialı olan İranla isə münasibətləri normaldır. Hesab edirəm ki, İranın Rusiyaya bu məsələyə görə etirazı olmayacaq. Yadınızdadırsa, Rusiya məhz Xəzər vasitəsilə uzaqmənzilli raketləri Suriyadakı hədəflərə tuşladı. Bunların hamısı İranın üzərindən edildi. Hesab edirəm ki, Rusiyanın məhz deyilən akvatoriyada hərbi təlimə start verməsi birbaşa hərbi güc nümayişi ilə bağlıdır. Əsasən də Suriyada düçar olduğu bataqlıqdan çıxa bilməməsi, kömək etdiyi Əsəd rejiminin pis vəziyyətdə olması bunu etməyə vadar edir. Artıq Suriyada dalana dirənən Rusiya bu üsulla öz gücünü nümayiş etdirmək istəyir ki, bəziləri çəkinsin. Təsadüfi deyil ki, Suriyadakı ilk atəşkəs təşəbbüsü də məhz Putindən gəlmişdi. Bu addım eyni zamanda Rusiyanın daxilində Putinə inamı qaldırmağa yönəlib. Çünki onun reytinqi ilə bağlı aparılan sorğulardan bədbin nəticələr əldə edilir".
Məhəmmədəli QƏRİBLİ