Rusiya prezidenti Vladimir Putin iyunun 20-də Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri ilə keçirdiyi üçtərəfli görüşdə Dağlıq Qarabağ münaqişəsinə dair yeni təklif irəli sürüb.
Bu təklifin detalları indi açıqlanıb və sürpriz hesab oluna bilər: Putin əvvəlki kimi 5 yox, 2 rayonun işğaldan azad edilməsini təklif edib. Əvəzində isə...
ABŞ-n Bakıdakı keçmiş səfiri, Minsk Qrupunun həmsədri olmuş Metyu Brayza Rusiya prezidentinin gözlənilməz Qarabağ planı haqda yazdığı məqalədə bir sıra məqamlara toxunub. Brayzanın məqaləsi elə belə də adlanır: "Dağlıq Qarabağ münaqişəsində sülh üçün iki gözlənilməz təklif". Brayza yazır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə çözümündə artıq uzun müddətdir optimizm üçün əsas hiss etməyib. Lakin onun sözlərinə görə, aprel döyüşlərinin tozanağı yatan kimi Rusiya prezidenti V.Putindən sürpriz bir təklif səslənib.
Keçmiş diplomat yazır ki, iyunun 20-də Putin Ermənistan və Azərbaycan prezidentləri ilə söhbətində məhz bu dalandan çıxılması üçün təklif verib. Məqalədə deyilir ki, Putin, görünür, addım-addım prinsipi ilə Ermənistanın cəmi iki rayonu qaytarmasını təklif edib. Bunun müqabilində Azərbaycan Ermənistanla bütün normal tranzit və iqtisadi əlaqələrini bərpa etməlidir. Madrid prinsiplərinə görə, qalan 5 rayonun qaytarılması məsələsi isə sonrakı danışıqların mövzusu olacaq.
"Həm Sarkisyan, həm də Əliyev, hətta bunu rəsmən qəbul etməsələr də, Putinin təklifini alqışlayıblar" - Brayza yazır. Onun fikrincə, bu təklifin rəsmən qəbul edilməsi hər iki prezident üçün siyasi və təhlükəsizlik risqləri yarada bilərdi.
Bütövlükdə Brayzanın bu iddiası reallığı nə dərəcədə özündə əks etdirir?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, ortada iki rayon təklifi varsa, o zaman bundan birmənalı şəkildə imtina etmək lazımdır: "Aydın məsələdir ki, sülh danışıqlarında ortaq məxrəcə gəlmək üçün tərəflər qarşılıqlı kompromislərə getməlidir. Ancaq kompromislər də elə olmalıdır ki, bu, işğala məruz qalan tərəfin mənafeyinə ciddi zərər vurmasın. Azərbaycan üçün məqbul kompromis ondan ibarətdir ki, ilkin mərhələdə Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayon işğaldan azad edilsin. Sonrakı mərhələdə Dağlıq Qarabağın statusu müzakirə olunsun. Yoxsa iki rayon qaytarmaq müqabilində hansısa güzəştləri ummaq ədalətsizlikdir. Çox güman ki, Azərbaycan 2 rayon təklifi ilə razılaşmayıb. Bu səbəbdən ola bilər ki, danışıqlar uzanır. Hər halda, danışıqların detalları bizə bəlli olmadığı üçün konkret fikir söyləmək çətindir. Görünən odur ki, aprel döyüşlərindən sonra Rusiya xeyli fəallaşaraq təşəbbüsü ələ alıb. Ancaq müşahidələr göstərir ki, Rusiya ətraf rayonların işğaldan azad olunması məsələsində Ermənistana təzyiq göstərmir".
Vidadi ORDAHALLI