Şəhid ailələri yolu kəsdi

Sumqayıtda yolu bağlayan şəhid ailələrinə vəd verildi: "Heç kim onları köçürə bilməz”

Bu gün səhər saatlarında Sumqayıtda etiraz aksiyası keçirən şəhid ailələrinin problem həllini tapıb.

Bunu virtualaz.org saytına açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyəti İnformasiya təminatı və təhlil sektorunun rəhbəri Ayaz İmaməliyev deyib.

A.İmaməliyevin sözlərinə görə, Qubadlı və Zəngilandan qaçqın düşmüş ailələr Sumqayıtın "Beton zavod" adlanan ərazisində məskunlaşıblar:”Ərazi özəl müəssisələrin birinə aiddir. Müəssisə rəhbərliyi ilə ailələr arasında anlaşılmazlıq yaranıb. Sumqayıt Şəhər İcra Hakimiyyətinə daxil olmuş şikayət əsasında tərəflərlə söhbət aparılıb. Müəssisə rəhbərinə bildirilib ki, qaçqın və ya şəhid ailələri digər ərazilərdə evlə təmin edilmədiyi halda məskunlaşdıqları ərazidən köçürülə bilməz. Müəssisə rəhbəri isə anlaşılmazlığın yarandığını, evlərin sökülməyəcəyini, yalnız ərazidə abadlıq işləri aparmaq istədiklərini dedi”.

Sektor müdiri ailələrin yaşadıqları ərazidən köçürülməyəcəyini dedi: "O ailələri heç kim məcburi şəkildə məskunlaşdıqları ərazidən köçürməyəcək. Tərəflər arasında problem həll olundu