Arzuxan Əlizadə: "İstənilən qığılcım ölkə üçün nəticəsi heç də xoş olmayan hadisələrin başlanmasına rəvac verə bilər”
Bu gündən yaz ayları başlayır. Adətən Azərbaycanda seçki ili deyilsə, siyasi hərarətin yaz aylarında yüksəldiyi müşahidə edilib. Müxalifət düşərgəsinin yaz ayları üçün hansı planlarının olub-olmadığı, "yaz hücumu”nun nəzərdə tutulub-tutulmadığını araşdırdıq.
AMİP baş katibi Arzuxan Əlizadə bildirdi ki, təmsil etdiyi partiyanın ayrıca olaraq yaz ayları üçün deyil, ənənəvi olaraq birinci yarım il üçün Siyasi Şurada təsdiq olunmuş cari fəaliyyət planı var. Bu plan partiya quruculuğu, rayon təşkilatları ilə, gənclərlə əlaqəli fəaliyyət, AMİP-in beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi də daxil olmaqla, bir sıra məsələləri özündə ehtiva edir: "Havaların isinməsi ilə ölkənin siyasi həyatında canlanma yaranacağı ehtimalını isə qəbul etmirəm. Hesab edirəm ki, siyasi fəaliyyət mövsümi xarakter daşımamalı, davamlı və ardıcıl olmalıdır. Amma çox təəssüflər olsun ki, ölkədə ümumiyyətlə siyasi partiyalaşma institutuna çox ciddi zərbə vurulub. Siyasi partiyaların normal fəaliyyət göstərmələri üçün şərait minimuma endirilib. Bu səbəbdəndir ki, bu gün faktiki olaraq YAP da daxil olmaqla, mövcud partiyaların ölkənin siyasi həyatına təsir imkanları yox dərəcəsindədir. Bu isə əslində nə qədər paradoksal olsa da, hakimiyyəti daha çox narahat etməlidir. Həm də bugünkü iqtisadi böhran və hökumətin antiböhran proqramının olmadığı indiki halda bu amil xüsusilə təhlükəlidir. Çünki istənilən qığılcım ölkə üçün nəticəsi heç də xoş olmayan hadisələrin başlanmasına rəvac verə bilər. Siyasi partiyaların mövcud durumunda isə arzuolunmaz vəziyyətin qarşısının alınması çox çətin olacaq. Hesab edirəm ki, ölkə rəhbərliyi bunun fərqində olmalıdır”.
ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, havaların istiləşməsi əslində insanlarda passivlik yaranması ilə müşahidə olunur. Ona görə də isti iqlimdə yaşayan xalqlarda siyasi aktivlik olmur. Azərbaycanda da yazın gəlişi ilə siyasi aktivliyin yaranacağı gözlənilən deyil: "Düşünürəm ki, yaz-yay aylarında siyasi passivlik olacaq. Dünyanın əksər ölkələrində inqilablar məhz soyuq aylarda olub. Azərbaycanda iqtisadi böhran dərinləşəcəksə, ola bilsin ki, mart ayından etibarən sosial aktivlik müşahidə olunsun. Amma bütövlükdə partiyaların fəaliyyətində xüsusi fərqli dəyişikliklər olacağını düşünmürəm. Şəxsən bizim partiya fəaliyyətini mövsümə əsaslanıb qurmur”.
Müsavat başqanının müavini Elman Fəttah bildirdi ki, partiya 2016-cı il üçün qəbul etdiyi fəaliyyət planında bu ili mühüm dəyişikliklər ili elan edib və fəaliyyətini bu plan əsasında qurub: "Müsavat hazırda intensiv şəkildə zona müşavirələri keçirir. Bütün rayon təşkilatlarımızla görüşlər keçirilir, ölkədə ictimai-siyasi vəziyyətin müzakirəsi aparılır. 2016-cı il üçün fəaliyyət planı üzrə tapşırıqlar təşkilatlara çatdırılır. Əlbəttə, ölkədə gedən proseslər onu göstərir ki, əhalinin narazılığı gün-gündən artır. Yaxın zamanlardan etibarən bu narazılıqlar etiraz müstəvisinə keçəcək. Müsavat Partiyası da bu proseslərin Azərbaycan dövlətinin maraqları çərçivəsində getməsi, ölkədə demokratik dəyişikliyə aparan istiqamətdə getməsi üçün fəaliyyət göstərmək əzmindədir. Siyasətini də bu istiqamətdə qurub. Siyasi temperatur yaxın zamanlarda qalxacaq. Müsavat Partiyası Azərbaycanda baş verəcək dəyişikliklərə hazırlaşır”.