Demokratik düşərgə prezident seçkilərinə qədər olan iki ilə ümid edir
Növbəti prezident seçkilərinə hələ iki il qalıb. Bir sıra siyasi təhlilçilərin fikrincə, seçkilərə xeyli müddət qalması qarşıdakı iki ildə müxalifət düşərgəsinin fəaliyyətinə təsirsiz ötüşməyəcək. Bəs müxalif düşərgə bu müddətdə nə etməyi, fəaliyyətini necə qurmağı düşünür?
AMİP Siyasi Şura üzvü Əli Orucov isə dedi ki, konstitusiyaya görə, növbəti seçkilər 2 ildən sonra keçiriləcək. Lakin dünya təcrübəsində gözlənilməz hadisələr kifayət qədərdir. Ona görə də hakimiyyətə gəlməyə can atan və hakimiyyətini sürdürmək istəyən siyasi qüvvələr həmişə sürpriz hadisələrə, gözlənilməz durumlara hazır olmalıdır: "Partiyaların işi-gücü ancaq seçkilərdən ibarət deyil. Siyasi institutlar öz daimi funksionallığını qorumalı, ictimai nəzarəti təşkil etməli, özünü alternativ güc kimi formada saxlamalıdır. Regionumuz çox həssas dönəmdədır. Bir yandan beynəlxalq terror və radikal dini ekstremizm təhlükəsi, digər yandan xarici dövlətlərin yaratdığı təhdidlər, eyni zamanda sosial-iqtisadi durumun pisləşməsi müxalifət düşərgəsini də daha məsuliyyətli və diqqətli olmağa vadar edir.
Zənnimcə, qeyri-iqtidar düşərgəsinin atmalı olduğu ilk addımlardan biri pərakəndəliyi və inamsızlığı aradan qaldırmaq, köhnəlmiş mübarizə metodlarından əl çəkmək, strateji hədəflərini aydınlaşdırmaq və dəqiqləşdirməkdir. Təşkilatlanma və mütəşəkkilliyə diqqət yetirməlidir. İndidən əsas maraqlar uzlaşdırılmalıdır. AMİP-in bu sadaladığım sahələrdə müəyyən planları olacaq. Lakin ilkin olaraq qurultayımızı keçirmək və yeni dövrə qədəm qoymaq planımızdadır. Bunun üçün də təbii ki, partiyanın qarşısında duran yeni vəzifələr və taktiki addımlar müəyyənləşib təsdiqlənməli, yeni komanda formalaşmalıdır. Partiyanın bütün strukturları tam işlək və çevik vəziyyətə gətirilməlidir. Bunlar çox vacib şərtlərdir".
Müsavat Partiyası başqanının müavini Elman Fəttah bildirdi ki, Müsavatın siyasi fəaliyyəti antidemokratik mühitin dəyişdirilməsi, azad seçkilər nəticəsində demokratik hakimiyyətin formalaşmasına nail olmaqdan ibarətdir və bu istiqamətdə fəaliyyət davam edəcək: "Bu, Müsavat Partiyasının əsas məqsədidir. 2018-ci ildən daha tez bu hədəfə nail olmaq yönündə fəaliyyətimiz sistemli şəkildə davam edir və edəcək”. /Yeni Müsavat, 13 aprel 2016/