Suriyalı qaçınlar Türkiyə üçün təhlükə yaradırlar

Türkiyənin İzmir Valiliyi son zamanlar sayları getdikcə artan suriyalı qaçqınları ölkəyə gətirən qaçaqçılara qarşı tədbirlər görür.

Musavat.com-un məlumatına görə, son həftələrdə daha da artan suriyalılar şəhərin park və səkilərini doldurublar. İzmir valisi Mustafa Toprak açıqlama verərək bildirib ki, insan qaçaqçılığı ilə mübarizə çərçivəsində suriyalılar olkədən çıxarılmalıdır.

M. Toprak deyib: "Biz əsasən qanunsuz yollarla bir ölkədən digərinə insan keçirən qaçaqçılarla mübarizə aparırıq. İstər Türkiyəyə, istər başqa ölkəyə adam keçirən insan tacirlərinə qarşı əməliyyatlar keçiririk. Hazırda rayon polis şöbələrində insan qaçaqçılığına şərait yaradan, insanları aldadıb pullarını alan insan tacirləri ilə bağlı istintaq aparılır”.

Vali şəhər parkında yaranmış mənzərənin narahatlıq yaratdığını dilə gətirərək bildirib ki, suriyalıların sərhəddən kənara çıxarılması üçün də işlər görülür.