Türkiyə diplomatiyası müdafiə deyil, hücum siyasəti yeritməlidir

"Avropa Parlamentinin qəbul etdiyi qərar hüquqi mahiyyət kəsb etməsə də, siyasi baxımdan gələcəkdə münasibətlərin tənzimlənməsində və əlaqələrin genşlnməsində, eləcə də etimad və güvən sarıdan ciddi əngəlılər yaradacaq bir sənəddir”. Bu fikirləri AMİP Siyasu Şurasının üzvü Əli Orucov Avropa Parlamentinin "soyqırımla” bağlı qəbul etdiyi qətnaməyə müsaibət bildirərkən səsləndirib.



Partiya yetkilisi bildirb: "Bunula Qərb, ABŞ mədəniyyətlərarası münasibətlərin heç də xoş olmadığını biruzə vermiş oldular. Üstəlik də dünyada sülhün və əməkdaşlıqğın, qarşılıqlı etimad və inamın qorunmasına, dinlər və xalqlarası dostluğun, əlaqələrin daha da möhkəmlənməsinə çalışmalı olan ümumdünya katoliklərinin rəhbəri Farnsiskinin "soyqırıma bağlı səsləndirdiyi fikirlər Türk dünyasına və İslam aləminə qarşı çağırış kimi də yozula bilər.

Avropa Parlamentinin olmayan bir hadisənin etiraf edilməsini rəsmi Ankaradan tələb etməsi gülünc və nonsesdir. Ağır bəşəri cinayət hesab edilən soyqırmı törədən ermənilərə deyil, bu dəhşətli aktın qurbanları suclu sayılır. Tarixi kerçəkliklərə göz yümülür, amma qondarama, yalançı iddialar həqiqətə çevirməyə ədalətsiz səy göstərilir. Avropanın öz dəyərlərəinə sayğısızlığı birinci deyil, sonucu da olmayacaq. Türkiyəni bu yolla cəzlandırmaq, küncə sıxışdırmaq və kühansızkən günahkar duruma salmaq ağılsızlıqdır. Avropanın və ABŞ-ın "soyqırımla” bağlı sərgilədikləri bu neqtiv mövqeyini təkcə erməni diaporasına bağlamazdım. Bu məsələdə Türkün və Türkiyənin düşmənləri və onu sevməyənlər, gözü götürməyənlərın xaincəsinə birgə fəlaiyyəti də heç bir şübhə doğurmur. Belə yanaşmalar Azərbaycan üçün də, region üçün də təhlükəsiz ötüşməyəcək. Bunula işğalçılığı, terroru, kini-küdrəti, zorakılığı dövlət siyasətinə cevirən Ermənistanı bir qədər də həvəsləndirəcək. Bu isə stabilliyin pozulmasına, gərginliyin artmasın, hətta, münaqişələrə və silahlı toqquşmalara gətirib çıxaracaq.


Türklər tarix yaradıblar, humanist olublar və heç bir vaxt da belə cinayətə imza ata bilməzlər. Məqsəd son zamanlar müstəqil siyasət yürüdən, getdikcə güclənən, dünyanın əsas aktyorlarından birinə çevrilən, enerji, siyasi, dini və mədəni mərkəzlərdən biri olmağı hədəfləyən Türkiyəni şantaj altında saxlamaqdır.


Məncə, Türkiyə türk dünyası ilə, islam aləmi ilə əlaqələri daha da genişləndirməli, hərbi-strteji müttəfiqlik yaratmalı, diplomatiyada hücüm taktikaslna üstünlük vermələdir. Əks təqdirdə belə təhdidlərin və şantajların Qərbdən və ABŞ-dan davamı gələcək”.