Əli Orucov: "Yaxın perspektivdə İran-NATO əməkdaşlığı real görünmür"
"Bu baş versə, ərəb ölkələrinin Şimali Atlantika bloku üçün əvvəlki önəmi qalmayacaq"
NATO gələcəkdə İranla əməkdaşlığı istisna etmir. Bunu mətbuata açıqlamasında NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.
Onun fikrincə, bu istisna deyil: "Biz bunun gələcəkdə hansısa məqamda baş verəcəyini istisna etmirik və İranın nüvə proqramı üzrə saziş düzgün istiqamətdə addımdır".
C.Appaturayın sözlərinə görə, hazırda NATO İranla əməkdaşlıq etməyi planlaşdırmır, çünki İran tərəfindən heç bir işarə almayıb.
O qeyd edib ki, sanksiyaların ləğv edilməsi və nüvə sazişi İran üçün yeni imkanlar açır və ona regionda daha konstruktiv rol oynamaq imkanı verir: "Eyni zamanda İran burada daha az konstruktiv rol oynaya bilər, lakin ümid edirik ki, onlar birincini seçəcək".
Xüsusi nümayəndə əlavə edib ki, İran zəngin tarixi olan böyük ölkə kimi regionda fövqəladə müsbət rol oynaya bilər: "İran və region ölkələri regionda sülh naminə dinc birgəyaşayışa gəlməlidirlər ki, bu da hamının xeyrinə olacaq".
Qeyd edək ki, 1979-cu ildə islam inqilabından sonra ABŞ-la İranın münasibətlərinin kəskinləşməsi, avtomatik olaraq, NATO-İran münasibətlərinə də təsir göstərdi. O vaxtdan İran ümumiyyətlə NATO bloku ilə məsafə saxlayır. NATO-nun regionda hansısa formada fəallaşmasını özünə qarşı təhdid hesab edir. Ancaq nüvə məsələsi ilə bağlı məlum razılaşma bir sıra məsələlərə yanaşmanı kökündən dəyişdi. İrana qarşı tətbiq olunan sanksiyalar aradan qaldırıldıqdan sonra Qərb bəzi məsələlərdə iranla əməkdaşlıq etməkdə maraqlı görünür. Bütün bu deyilənlərin fonunda, NATO ilə İran arasında əməkdaşlıq mümkün olsa, bu, region üçün nə vəd edir?
Məsələyə münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun fikrincə, prinsipcə, siyasətdə hər şey mümkündür: "Mümkün olmayan şey yoxdur. Beş il əvvəl ABŞ-la İran arasında münasibətlərin yaxın perspektivdə düzələcəyini təsəvvür etmək belə mümkün deyildi. İranın əvvəlki prezidentinin dönəmində münasibətlər o qədər kəskin idi ki, tərəflər bir-birini müharibə ilə hədələyirdilər. Ancaq indi vəziyyət tamam fərqli müstəvidə inkişaf edir. Buna rəğmən, yaxın perspektivdə İran-NATO əməkdaşlığı real görünmür. Ən azından İrandakı rejim aşırı yaxınlaşmanı özünə təhlükə hesab edir. Fikirləşirlər ki, bu minvalla İranı içəridən zəiflədəcəklər. Ona görə də rəsmi Tehran NATO-nu bəlli çərçivədən yaxın buraxmaz. Qaldı ki, sözügedən əməkdaşlıq baş tutarsa, bunun regiona təsirinə, şübhəsiz, bu təsirsiz ötüşməyəcək. Ən azından ərəb ölkələrinin NATO üçün əvvəlki önəmi qalmayacaq. Yeri gəlmişkən, ərəb ölkələri İran-Qərb yaxınlaşmasında maraqlı deyil, xüsusən də Səudiyyə Ərəbistanı. Adıçəkilən ölkə İranla əzəli rəqibdir. Ümumən İran-Qərb münasibətlərinin istiləşməsinin Azərbaycana ziyanı yoxdur. Çünki gərginlik səbəbindən Azərbaycan tərəflərin qarşıdurmasından əziyyət çəkirdi".
Vidadi ORDAHALLI