Yəni bu dərəcəyə yuvarlandıq?!

Söyüşlər və yalanlar çıxış yolu deyildir, əksinə effekt verirlər.
Cəmiyyətdə artıq təhqir və söyüşlərin getdikcə artması – mühitin psixoloji durumunda patoloji proseslərin – düşüncələrin yayılmasına işarədir. Və ya da KİV-də 3-5 nəfərin şəxsiyyətə yaraşmaz fikirlərinin belə çox tirajlı qabardılmasına nə ehtiyac var.

Müstəqilliyini yenidən təzə bərpa etmiş Dövlətimiz üçün mənfi fəsadlara gətirən bu hallar analiz edilməlidir. Bir mənalı olaraq söyüşlə-təhqirlə tənqidin yerini səhv salanlar cəmiyyətimizdə söz sahibi ola bilməzlər. Bəli çoxsaylı problemlərimiz var. İnkar edilmir. Hər kəsi tənqid etmək olar – işi ilə vəzifəsi ilə. Amma söyüşlər bizlərə, millətimizə yaraşmaz. Nəyi isə qəbul edə bilmirsən, açıq de. Söyüşdən başqa fikir deyə bilməməksə bu tərbiyyədəki problemi və qorxaqlığı göstərir.

Xüsusən də, müxalif adında olanlar fikir bildirəndə çox yüksək mədəniyyət göstərməklə, cəmiyyətə onların lazım olduğunu təbliğ etməlidirlər. Yoxsa, əhalinin düşüncəsində elə mənalar yaranır ki, - a, bala,müxalifət yəni bunlardır?

Bütün bunlar isə elə hakimiyyətə güc verir ki, bunların əlindən bir iş gəlmir – heç bir analitik dünya görüşlərinə də malik deyillər.
Dövlətimizin Bayrağı, Himni, Prezidenti, Şəhidlərimiz – Milli Qəhrəmanlarımız təbii ki, varlıq simvollarımızdır.
Bizim bir simvolumuz da var, o da ailədir. Dövlətimizlə ailəmiz həmahəngdir. Amma Dövlətimizi qoruya bilməsək ailəmizi necə qoruya bilərik?

Bir müddət əvvəl "Yeni Müsavat” qəzetində "Vikliks” sirləri haqqında yazıda oxudum ki, Azərbaycan Prezidenti İ.Əliyevi gizli danışıqlarda Azərbaycan torpaqlarını düşmənə verməyə məcbur edə bilmirlər. Bu məndə ən ali qürur hissi doğurdu, insani hisslər keçirdim. Prezidentə bu mənada təbrik teleqramı göndərdim. Bu bir ziyalı kimi mənim borcum idi. Bu torpağımızın qorunmağı və işğal olunmuş yerlərimizin müharibə gücünə də olsa, geri alacağımıza ümid və inam demək idi. Mən də bu yolda Ali Baş Komandanla bir yerdəyəm. Mən deyəndə belə düçüncədə olanların hamısını nəzərdə tuturam.

Qarabağımızı işğaldan azad edək, torpaqlarımızı geri qaytaraq, daxildə nə problemlərimiz varsa, onları da mədəniyyətimizlə, şəxsiyyətimizlə, siyasi düşüncələrimizlə dialoqla analiz etməklə aradan qaldıraq. Söyüşlər gücü deyil, gücsüzlüyü, qorxaqlığı, ziyalı olmamağı göstərir. Bu səviyyəsiz yollar Millətimizə dədə-babalarımızdan qalma yol deyil.

Prezidentin ad günündə hamının ad gününü təbrik edir və birliyə doğru istəyimi bildirirəm. Həmrəyliyimiz birliyimizdir.
Ən əsası Azərbaycanın Müstəqilliyi və demokratik inkişafı yolunda fəaliyyət göstərənlərimiz, kimliyindən və tutduğu vəzifədən, siyasi düşüncəsindən asılı olmayaraq Allah köməyimiz olsun.


Əliyev Aydın

Dosent, tibb üzrə fəlsəfə doktoru