Son dövrlər dünyada yayılan müxtəlif təhlükəli viruslar bu məsələyə daha çox diqqət yetrilməsinə rəvac verib. Hazırda bu viruslar arasında son zamanlar Ebola virusu daha geniş səpkidə tuğyan edir. Artıq bu virus Afrikanın bir sıra ölkələrini caynağına alıb. Həmin ölkələrdə minlərlə insan bu xəstəliyə tutulub. Çoxsaylı ölənlər də var. Hətta Afrikada səyahətdə olan bir sıra Avropa ölkələri vətəndaşları da bu virusa yoluxublar. Hələlik Ebola virusuna qarşı mübarizənin tam effektiv mübarizə yolu tapılmayıb. Ona görə də təhlükə qalmaqla yanaşı, həm də onun daha dəhşətli xarakter alması ehtimalı da aradan qalxmayıb.
Maraq doğuran isə odur ki, belə virusların meydana gələrək çoxalmasına nələr səbəb olur? Bu ekoloji dəyişiklik nəticəsində baş verib, yoxsa qəsdən edilir?
AMİP Mərkəzi Şurasının sədri, Tibb üzrə fəlsəfə doktoru, dosent Aydın Əliyev bu qənaətdədir ki, ebola virusu qəsdən ortaya atılıb: "Ebola virusunun yaranmasında təbii ki, ekoloji mühitin dəyişməsinin də mühüm rolu vardır. Dünyada sistemlərin dəyişməsinin də burada rolunun olduğunu deyə bilərik. Fikrimcə , hazırda Afrika ölkələrinə bazar və bir eksperiment kimi yanaşma mövcuddur. Hesab edirəm ki, bu kimi virus tipli xəstəliklər daha çox məqsədyönlü şəkildə yayılır. Dünyada ayrı-ayrı qüvvələr var ki, onlar da həqiqətən də insanların məhvi haqqında düşünür və belədə Ebola tipli xəstəliklərin yayılmasında maraqlı olurlar. Maraqlı bir məqam var, xəstəlik ortaya çıxan kimi onun dərmanı da tapılır. Bu da bir qədər şübhə yaradır. Amma ümumi şəkildə ekoloji mühitin pis formada dəyişməsi, insanla təbiət arasında münasibətlərin həddən artıq tarazlıqdan çıxması, təbiətin flora, faunası pozulduğundan müxtəlif xəstəliklərin yayılması da çoxalıb. Belə xəstəliklər hətta insanların düşüncəsini poza bilər. Təəssüf ki, insanlar flora və fauna aləminə lazımi diqqət yetirmir. Belə xəstəliklərdən silah kimi istifadə olunması, eksperiment aparılması haqqında da fikir söyləmək olar. Dünyada gedən müharibələrdən biri də dərman, xəstəliklər müharibəsidir. İnsanlar əksər hallarda bu kimi virusların yayılmasını həkimlərin peşəkarlığının zəifliyində görür. Amma bu xəstəliklərə dünyanı düzgün idarə edə bilməyən insanlar səbəb olur, ona görə də ebola kimi viruslar da meydana çıxaraq yayılır".