AMİP Mərkəzi Şura üzvü, politoloq Əli Orucov ilə ölkədə və dünyada cərəyan edən siyasi proseslər haqqında maraqlı söhbət etdik. Oxucularımıza bu müsahibəni təqdim edirik:
-Əli bəy, fevralın 12-də Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla keçirilən dialoqdan nə gözləyirsiz?
-İqtidar-müxalifət dialoqu o zaman baş tutacaq ki, masa ətrafında təxminən eyni statusa malik, yaxud da, qərarlarların qəbulunda iştirak edə bilən şəxslər otursun. Əli Həsənov Prezident Administrasiyasının məsul şəxslərindən biridir, lakin o qərarların qəbulunda iştirak etmir. Eyni zamanda ictimai-siyasi şöbəyə məsul şəxs olaraq Əli Həsənovun məhz belə görüşlər təşkil etmək, siyasi partiyalarla müntəzəm surətdə işləmək onun vəzifə borcudur. Hesab edirəm ki, növbəti belə bir görüş olacaqsa, bu əvvəlki kimi pərakəndə və hazırıqsızlıqsız olmamalıdır. Konkret məsələ müzakirəyə çıxarılmalıdır və bu müzakirələrdə əsas siyasi təşkilatlar iştirak etməlidir.
İkinci bir tərəfdən ötən ilin dekabrın 13-də keçirilən ilk görşdən sonra nə dəyişdi ki? Bildiyiniz kimi həmin görüş bələdiyyə seçkilərindən əvvəl baş tutmuşdu. Müzakirə olunan məsələlərdən biri də bələdiyyə seçkilərininin şəffaf və ədalətli keçirilməsi məsələsi idi. Amma hakimiyyət bu seçkiləri əvvəlkiləridən betər saxtalaşdırdı. Ona görə də mən bu formatda olan görüşləri müxalifət düşərgəsi üçün mənasız və faydasız hesab edirəm. Hakimiyyət üçünsə belə görüşlər imitasiyadan başqa bir şey deyil.
Bu görüş iqtidar-müxalifət dialoquna yol açacağı, problemlərin həllində və münasibətlərin normallaşmasında əhəmiyyət kəsb edəcəyi təqdirdə müsbət qarşılamaq olar. Fakt və təcrübə onu deməyə əsas verir ki, iqtidar hələ də nəticəli dialoqa ya hazır deyil, ya da buna heç həvəs göstərmir. Lakin bu heç də o demək deyil ki, mən dialoqun əleyhinəyəm. Bu qətiyyən belə deyil. Dialoq vasitəsi ilə ölkədə bir sıra köklü problemlərin həllinə nail olmaq mümkündür. Ən azından qarşıduran düşərgələr arasında gərginliyi azaltmaq, mülayim münasibətlər yaratmaq olar. Yetər ki, ortada xoş məram, xoş niyyət olsun.
-Fikirlərinizdən belə aydın oldu ki, siz Əli Həsənovla müxalifətin görüşündən heç nə gözləmirsiz və orda iştirakı mənasız hesab edirsiz. Ancaq həmin görüşdə AMİP sədri Yusif Bağırzadə də iştirak edib. Belə çıxmır ki, partiyada fikir ayrılığı yaranıb?
-AMİP köklü və ənənəsi olan bir partiyadır. Partiyanın əsas üstünlüklərindən biri də ondan ibarətdir ki, hər kəsin düşüncələrinə və fikirlərinə hörmətlə yanaşılır. Partiyadaxili tənqidlərə görə heç kim təziqylərə, müxtəlif cəzlara da məruz qalmır. Bu ənənənin əsası Etibar Məmmədov tərəfindən qoyulub və demokratik qaydalara əməl edilir. Əgər görüşlə bağlı kəsin partiyanın səlahiyyətli qurumlarında hər hansı bir qərar qəbul edilmiş olsaydı, artıq bu tamam fərqli bir situasiya yarada bilərdi. Yəni qərarın qəbulundan sonra müzakirələrin aparılması, hansısa bir fikir söylənilməsi Nizamnamə pozuntusuna yol aça bilərdi. Yusif bəy partiyanın sədridir və onun da partiyanın təmsil etmək, partiyanın adından danışmaq müstəsna səlahiyyətidir. O, bu səlahiyyətindən də istifadə edərək görüşə qatılıb. Bu partiyanın əməkdaşlığa, dialoqa, vətəndaş həmrəyliyinin əldə olunmasına, milli və dövləti maraqları üstün tutmasına daha bir sübutdur. AMİP bu görüşə səmimi və xoş məramla qatılıb. Ancaq təəssüf ki, bu cür vacib məsələdən siyasi alver kimi istifadə edilir. İqtidarla müxalifət arasında dialoq daha yüksək səviyyələrdə baş tutub. Ancaq sıfır nəticə. Mən əminəm ki, indi də elə olacaq. Kaş ki, bu proqnozumda yanılaydım. Çünki iqtidar üçün müxalifət "dağıdıcı”, "yıxıcı”, "düşmən dəyirmanına su tökən”, erməniyə işləyən” və sair qüvvə kimi tanınır. Müxalifətə həmişə yuxarıdan aşağı baxılıb. Müxalifətin özü qəbul olunmayıb. İndi nə dəyişdi? Orda təmsil olunan patyiyaların çoxu bir nəfərdən olan "partiya”lar idi. Onların da bu görüşdə məqsədi alver etmək idi. Bəziləri üçün həmin görüşdə iştirakı onlar üçün böyük qazanc, böyük şərəf idi. Amma mən AMİP-in belələri ilə bir tədbirdə, bir masada oturmasını istəməzdim. Ona görə də istərdim ki, növbəti görüşdən əvvəl partiyadaxili müzakirələr aparılsın və əks mövqelər də diqqətə alınsın.Birdəfəlik anlamaq lazımdır ki, Azərbaycan iqtidarı ölkədə dialoq mühiti yaratmayıb. Dialoq üçün siyasi iradə də yoxdur ortada. Bəziləri hesab edirlər ki, hakimiyyətlə nədəsə konsensusa gələcək və 2015-ci il parlament seçkilərində mandat qopara biləcəklər. Bu xam xəyaldır. Bir vaxtlar "fələyə kələk” deyən, böyük ambisiya və iddialarda bulunan siyasi liderlər indi iqtidara xoş gələrək bir mandata sahiblənmək üçün iqtidarın çaldığı hər havaya həvəslə oynayırlar. Hətta, oynamayanları, onlara əl çalmayanları topa-tüfəngə tuturlar.
-Bəs çıxış yolunu nədə görürsüz?
-Mən hesab etmirəm ki, bütün vasitələr və imkanlar tükənib. Doğrudur, ölkədə durum heç də ürəkaçan deyil. Bütün sahələrdə ciddi problemlər var. Siyasi böhran azmış kimi iqtisadi böhran da artıq qapınımızı döyür. Bütün bunlar isə ölkədə partlayış həddi yaradıb. İqtidarın dialoq şousu da bu təhlükələrin önlənmə cəhdlərindən xəbər verir. Daxili problemlərdən ictimaiyyəti yayındırmaq üçün müzakirəyə lüzumsuz şeylər atıblar. Nəzarətlərində olan media orqanları da həmin lazımsız əttökən mövzuları tırajlamaqdadır. Azərbaycanda hər an stabillik pozula bilər. Stabilliyin və dayanıqlığın qarantı olan amillər artıq sıradan çıxarılıb. Siyasi partiyaların sıradan çıxarılması və siyasi sistemin partiyaların deyil, iki-üç məmur-oliqarxın iradəsi və maraqları üzərində qurulması acınacaqlı durum yaradıb.
Orta təbəqənin olmaması, milli burjuaziyanın formalaşmaması, neft-qaz gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə və inkişafına deyil, dağıdılıb talan edilməsi nəticə etibari ilə daxili sosial-siyasi gərginliyi daha da dramatikləşdirib. Gecə-gündüz analoqu olmayan iqtidsadi inkişafdan dəm vurulan Azərbaycan iqtisadiyyatı neftin dünya bazarında bir qədər uzuzlaşmasına 6 ay davam gətirə bilmədi. Bütün bunaları görə ölkənin hara sürüklədiyini təxmin etmək çətin deyil. Daxildə hələ də əməkdaşlıq deyil, konfrantasiya yolunu tutmaqdadırlar. Hesab edirəm ki, Azərbaycanın başının üzərini kəsdirən real təhlükələrdən az itkisiz və təlatümlərdən çıxmaq üçün ilk növbədə fundamental azadlıqlara və hüququ nomalarına hörmət qoyulmalıdır. Vətəndaş cəmiyyətinin və siyasi institutların inkişafına şərait yaradılmalı, vətəndaşların siyasi proseslərdə iştirakına dəstək durulmalıdır. Barışıq və dialoq mühiti mütləq qaçılmazdır. Hakimiyyətin mənbəyi xalqa verilməlıdir və hakimiyyət qollarını xalq özü seçib formalaşdırmalıdır. İnhisarçılığa son qoyulmalı, qanunların aliliyinə hər kəs tabe olmalıdır. Milli həmrəylik olmayan yerdə böhrandan çıxmaq mümkün deyil. Qayıdıram həmin "dialoq” məsləsinə. Əgər hakimiyyət həqiqətən də ölkədə siyasi qüvvələr və vətəndaş cəmiyyəti ilə dialoqda, əməkdaşlıqda maraqlı olmasında səmimidirsə, bunu təsdiq etmək üçün ilk addım olaraq siyasi məhbusları buraxsın, seçkilər və siyasi partiyalarla bağlı qanunvericikildə dəyişikliklər etsin. TV-lərdə müxalifətə tətbiq etdiyi qadağaları aradan qaldırsın və s.
"Azərbaycan əlinə düşən bu tarixi fürsətdən yararlanaraq Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yaxınlaşamaq və gələcəkdə stimulverici əsaslar yarada bilər”
-Əldə etdiyimiz məlumata görə, müzakirələrdə BAXCP sədri, millət vəkili Q.Həsənquliyev maraqlı təklif irəli sürüb. O, partiyaların birləşməsinin, ölkəmiz üçün bir neçə güclü partiyanın faydalı ola biləcəyini söyləyib. AMİP-in bu təklifə munasibəti necədir?
-Heç kəsə sirr deyil ki, bir neçə partiyanı çıxmaq şərti ilə yerdə qalan partiyaların yaranması cəmiyyətin sifarişi və təlabatı ilə deyil, hakimiyyətin maraqları üzərində yaradılıb. Bu maraqların da nədən ibarət olduğunu siyasətlə az maraqlann hər kəs bilir. 80 milyonluq əhalisi olan Türkiyədə 70 siyasi partiya qeydiyyatdan keçib. Azərbaycanda isə bunların sayı 100-dən çoxdur ki, bunlardan da 54-ü qeydiyyatdan keçib. 3-4 partiyanı çıxmaqla qalanların nə ictimai-siyasi proseslərdə rolu var, nə tərəfdarları, nə üzvləri, nə strukturları, nə də tanıyan. Hətta, parlamentdə bu gün təmsil olunan partiyaların da yuxarıda sadaladıqlarım parametlərə uyğunluğu yoxdur. Sırf hakimiyyətin istəklərinə uyğun ordadırlar və iqtidar özlərinə lazım oduğu kimi onlardan yararlanır. Bu gün seçkilərin saxtalaşdırılmasından narazılıq edən bəzi partiya sədrləri güya fəqrində deyillər ki, seçki komissiyalarında həyata keçirilən saxtalaşdırmada hakimiyyətlə şəriklik edib. Eyni məsuliyyəti bölüşürlər. Partiyaların təmərküzləşməsi və birləşməsi o zaman baş verəcək ki, ölkədə seçki mühti yaradılacaq və zəif partiyalar tədricən əriyəcək. Eyni zamanda partiyalara qazanc və dolanışıq mənbəyi, obyekt kimi yanaşılmayacaq. Bunlar təbii proses olmalıdır. Çoxpartiyalı siyasi sistem partiyaların sayının süni sürətdə çoxaldılması, kəmiyyətlə bağlı sistem deyil. Bu gün Azərbaycanın özündə siyasi partiyalaşma sıradan çıxmaq üzrədir. Heç YAP-ın özü də bu gün hakim partiya adlandırıla bilməz, çünki onun hakimiyyətin idarə edilməsində heç bir rolu yoxdur. Əsas söz sahibi olan hakimiyyət daxili -4-5 qruplaşma hər şeyi həll edir. Ona görə də hesab edirəm ki, Q.Həsənquliyevin bu təklifi keçərsiz təkilflərdən biridir. Və bunu indiki şəraitdə mümkünsüz hesab edirəm.
-İki gün öncə ABŞ Dövlət Katibinin müavini Viktoriya Nuland Azərbaycana səfər etdi. Bundan əvvəl isə Birləşmiş Ştatların ölkəmizdəki yeni səfiri fəaliyyətə başladı. Bütün bunlar ABŞ-Azərbaycan əlaqələrinə nə kimi təsir göstərəcək?
-Azərbaycan ABŞ və onun Qərbdəki müttəfiqləri üçün vacib ölkədir. Rusiya ilə qarşudurmada Azərbaycanın vaciblik əmsalı bir qədər də artıb. Çünki Avropanın enerji mənbələrinin və daşınan enerjinin şaxələndirilməsi projelərinin həyata keçməsi Azərbaycansız mümkün deyil. Azərbaycan həm də geopolitik olaraq Avropanı Orta Asiya, Qazaxıstan və İranla birləşdirən körpüdür. Həmin ərazilər də Xəzər hövzəsi olaraq zəngin karbohidrogen resurslarına malikdir. ABŞ və Qərbin gələcək neft-qaz layihələri əsasən bu regionla bağlıdır və beynəlxalq güclərlə rəqabət də məhz bu regionun üzərində gedir. Azərbaycan həm də beynəlxalq terrorçuluqla mübarizədə ABŞ-ın müttəfiqidir. Rəsmi Bakı bütün bünları çox yaxşı dərk edir ki, bu gün Azərbaycan həm ABŞ və Qərb, həm də Rusiya-Çin üçün çox əhəmiyyətlidir və rəqabət aparan güclərin hansının tərəfində dursa bu mübarizədə həlledici təsir bağışlayacaq. Bu səbəblərdən də ABŞ Azərbaycanı itirməməyə, ən azından tərəfsiz qalmasına nail olmağa çalışır. Azərbaycan əlinə düşən bu tarixi fürsətdən yararlanaraq Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yaxınlaşamaq və gələcəkdə stimulverici əsaslar yarada bilər. Mən demirəm bu münaqişəni belə tezliklə çözmək mümkündür. Ancaq təəssüf ki, hakimiyyət ənənsinə sadiq qalaraq bu imkandan öz mövcudluğunu uzatmaq üçün yararlanmağa və əlavə güzəştlər qopartmağa çalışır. Bunu rəsmi şəxslər heç gizlətmirlər də.
Lakin istər yeni təyin olunmuş səfir R,Sekutanın, istərsə də Dövlət Departamentinin məsul nümayəndəsi V.Nulandın verdikləri bəyanatlardan belə məlum olur ki, enerji və regional təhlükəsilikdən başqa ABŞ demokratik dəyərlərin də inkişafında maraqlı olacaq. Bu da təsadüfi deyil. Çünki Azərbaycan həssas regionda yerləşir. Ağ Ev başa düşür ki, Cənubi Qafqazın bu müsəlman ölkəsində demokratiya gəlməsə, onun yerinə tezliklə islam fundamentalizmi, islam fanatizmi və radikal təmayüllü silahlı qruplaşmalar gələcək. Bu təhlükəni önləmək isə prioritet məsələyə çevrilib. Artıq Azərbaycan hakimiyyətinə Birləşmiş Ştatlar müxtəlif üsullarla lazımi smarıclarını verib. Nulandın səfərini də həmin diqqətin göstəricisi kimi dəyərləndirmək lazımdır. Yeri gəlmişkən, burda da ABŞ-ın fəqli yanaşmasının şahidi oluruq. Bildiyiniz kimi Nuland Bakıda siyasi partiyalarla, müxalifət təmsilçiləri ilə görüşmədiyi halda, Gürcüstanda və Ermənistanda rəsmi görüş protokolunda müxalifət və siyasi partiyalar da daxil edilib. Bu anlaşılması çətin olan bir münasibətdir. Əgər ABŞ doğrudan da ölkədə demokratik və dayanıqlı inkişaf və stabillikdə maraqlıdırsa, o zaman partiyalarla mütləq müzakirələr aparmalı onların fikir və rəylərini bölüşməli idi. Yoxsa hansısa fərdlərlə görüşməklə nəyə nail olmaq istəyir ki? Məncə, ABŞ hakimiyyətlə münsibətlərini korlamaq və siyasi institutların möhkəmlənməsinə o qədər də onəm vermir. Körfəz misalı...
Söhbətləşdi: Nicat Sadiq