"Qazaxıstanın Azərbaycana olan dəstəyini yüksək qiymətləndirirəm”.


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini Samat Ordabayevlə görüşüb.

Nazir Elmar Məmmədyarov görüşdə iki ölkə arasında əlaqələrin hazırkı durumundan məmnun olduğunu bildirib.

O deyib: "Ermənistan-Azərbaycan münaqişəsinin həllində Qazaxıstanın Azərbaycana olan dəstəyini yüksək qiymətləndirirəm”.

Azərbaycan və Qazaxıstanın Xarici İşlər Nazirlikləri arasında keçirilmiş növbəti üçüncü məsləhətləşmə haqqında məlumat verən Samat Ordabayev iki ölkə arasındakı münasibətlərin daha da inkişafı üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.

Tərəflər arasında həmçinin regional proseslər, eləcə də qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.