Bu il keçiriləcək parlament seçkilərində əksər siyasi təşkilatlar kimi Azərbaycan Milli İstiqlal Partiyası da iştirak etmək qərarındadır. Artıq seçkiyə hazırlıq istiqamətində müəyyən fəaliyyətlərə start verən AMİP indiki mərhələdə seçkiyə tək getməyi məqbul hesab edərək yaradılan seçki bloklarına qoşulmur. AMİP-in hansı səbəbdən bloklara qoşulmamaq mövqeyində olduğuna aydınlıq gətirən partiyanın sədri Yusif Bağırzadə "OLAYLAR”-a verdiyi müsahibədə seçki ərəfəsində olan ölkədə müxalifət partiyalarının durumundan da danışıb.
-Yusif bəy, Azərbaycan Milli İstiqlal Partiyası parlament seçkilərinə hazırlıq istiqamətində hansı işlər görür və seçkiyə necə hazırlaşır?
-Azərbaycan Milli İstiqlal Partiyası bu il keçiriləcək parlament seçkilərində iştirak edəcək. Biz partiya olaraq 2013-cü ilin prezident seçkilərində iştirak etməsək də, qarşıya qoyduğumuz məqsəd bələdiyyə və parlament seçkilərinə iştirak idi. Ona görə də bütün gücümüzü bu istiqamətlərə səfərbər etmişdik. Artıq bələdiyyə seçkiləri arxada qalıb və irəlidə parlament seçkiləri var. Azərbaycan Milli İstiqlal Partiyası konkret olaraq parlament seçkilərində iştirak edəcək.
-AMİP Demokratik Qüvvələrin Məşvərət Məclisində təmsil olunur. Bu qurumun seçki blokuna çevrilməsi mümkündürmü?
-Bəli, AMİP sözügedən Məşvərət Məclisində təmsil olunur. Həmin qurumda həm qeydiyyatdan keçən, həm də qeydiyyatdan keçməyən siyasi təşkilatlar var. Hələ bir müddət əvvəl Məşvərət Məclisində keçirilən müzakirələrdə həmin qurumun gələcəkdə seçki blokuna çerilməsi ilə bağlı təkliflər səsləndi. Ümumiyyətlə, AMİP parlament seçkilərinə gedəcək bütün siyasi təşkilatlarla əməkdaşlıq etməyi düşünür. Biz bu fikirdəyik ki, seçkiyə gedən və AMİP-lə əməkdaşlıq etmək istəyən bütün siyasi təşkilatlarla əməkdaşlıq quraq. Həmin əməkdaşlıq ciddi bir əməkdaşlıq olmalıdır ki, dairələr üzrə güclü namizədlərin irəli sürülməsi, ona səs verilməsi prosesində bir-birimizə mane olmayaq.
-Siyasi Partiyaların Demokratiya və İnsan Hüquqları Mərkəzi də seçki bloku yaratmaq istəyi ilə çıxış edib və konkret olaraq bu istiqamətdə addım atıb. AMİP həmin seçki bloku ilə əməkdaşlıq edəcəkmi?
-Sözügedən qurumda təmsil olunan siyasi partiyalar "Azadlıq-2015” adlı seçki bloku təsis ediblər. Onlar AMİP-də də görüş keçirdilər. Ancaq AMİP olaraq biz özümüzü orada görmürük. Onlara uğurlar arzulayırıq. Ancaq partiya kimi həm o blokla, həm də orada təmsil olunan siyasi təşkilatlarla əməkdaşlıq etməyə hazırıq. İkitərəfli formatda hansısa müzakirələr keçirilə bilər. Ancaq partiya olaraq bu gün strategiyamız ondan ibarətdir ki, parlament seçkilərinə tək gedirik. Bu barədə Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının qərarı da olacaq. Çünki biz özümüzü daha çevik, güclü hesab edirik. Məlumat üçün qeyd edim ki, AMİP olaraq 2010-cu ilin parlament seçkilərinə də tək getdik və hakim Yeni Azərbaycan Partiyasından sonra ən böyük qüvvə ilə biz çıxış etdik.Bütün bunlara baxmayaraq yuxarıda qeyd etdiyim kimi partiyalarla əməkdaşlığa hazırıq. Hətta Demokratik Qüvvələrin Məşvərət Məclisində təmsil olunan partiyalarla birgə blok da yarada bilərik. Hələlik isə seçkiyə tək getməyi nəzərdə tuturuq və bu ehtimal daha çoxdur.
-Bəs, digər siyasi təşkilatlar tərəfindən birgə əməkdaşlığa maraq varmı?
-Demokratik Qüvvələrin Məşvərət Məclisinə daxil olan partiyalar arasında normal əməkdaşlıq var və bu əməkdaşlığı hüquqi sənəd əsasında formalaşdırmaq istəyirik. Eyni zamanda əlavə digər siyasi təşkilatlarla da əməkdaşlıq barədə danışıqlar gedir. Yəqin ki, yaxın vaxtlarda əməkdaşlıq barədə rəsmi sənəd imzalanacaq. Bu strateji bir fəaliyyət olduğuna görə hələlik açıqlaya bilmirəm.
-Müxalifətin bu cür fəaliyyəti parlament seçkilərindən hansısa nəticənin əldə edilməsinə ümid yaradırmı?
-Açıq şəkildə etiraf etmək lazımdır ki, bu gün siyasi təşkilatların hamısı zəifdir. Ancaq seçkinin necə keçiriləcəyindən çox şey asılı olacaq. Düzdür, müxalifətin də müəyyən elektoratı var. Ancaq bu onu deməyə əsas vermir ki, müxalifətin elektoratı çoxdur və seçkilərdə böyük uğur qazana bilər. Müxalifətin parlament seçkilərində böyük bir uğur qazanacağına inanmaq olmaz. Siyasi təşkilat və partiyalar bunu qəbul etməsə də, bu bir faktdır. Ona görə də siyasi təşkilatların çox böyük səs toplayacağı inandırıcı görünmür. Bu realdır. Onu da qeyd edim ki, Azərbaycan Milli İstiqlal Partiyası parlamentdə yer əldə edə bilər. Çünki AMİP kifayət qədər təşkilatlanıb və yerlərdə təşkilatlarımız mövcuddur. Eyni zamanda Azərbaycan Milli İstiqlal Partiyası kifayət qədər seçki təcrübəsinə malikdir və çoxlu sayda tərəfdarlarımız var. İstərdik ki, bu il keçiriləcək parlament seçkilərində uğur qazanaq. Bundan paralel olaraq Avropanın nüfuzlu siyasi qurumlarındakı təmsilçiliyimiz davam etdirək, bununla da Azərbaycana divident gətirək.
Süleyman İsmayılbəyli