Xəbər verildiyi kimi, Hesablama Palatasının ötən ilki hesabatı müzakirə üçün Milli Məclisə göndərilib.
Mia.az xəbər verir ki, hesabatda palatanın ötən il ərzində apardığı auiditlərlə bağlı maraqlı məqamlar var.
Məlumata görə, qurum bu müddətə 8 mərkəzi icra hakimiyyəti orqanı, 2 digər dövlət orqanı, 10 publik hüquqi şəxs, 4 dövlət mülkiyyətində olan və dövlətin səhmi olan müəssisə, 1 yerli icra hakimiyyəti orqanı, 4 təhsil, 1 elm müəssisəsi və mərkəzi icra hakimiyyəti orqanının tabeliyində olan təşkilat və müxtəlif təşkilati-hüquqi formaya malik qurumlarda yoxlamalar aparıb.
Qeyd edilib ki, bu yoxlamalar nəticəsində 481,2 milyon manatlıq maliyyə pozuntusu aşkar edib.
Hesablama Palatası bildirib ki, ötən il qurum yoxlamalar zamanı üzə çıxan faktlarla bağlı ümumlikdə 6 iş üzrə Baş Prokurorluqla Dövlət Təhlükəsizlik Xidmətinə müvafiq materiallar göndərib.
Həmin 6 dövlət qurumu isə bunlardır:
1. Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi
2. Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi
3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu
4. Gənclər və İdman Nazirliyi
5. Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi
6. Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsi.
Samir