ABŞ da çoxdan Krıma aşiqdir

Aydın Quliyev

Bakı Xəbər qəzetinin baş redaktoru

" Krım 100 illiyə ABŞ- a icarəyə veriləcək"- Putinlə Tramp sövdələşib, Leninin yaratdığı  problemi  Tramp həll edir..
 Tramp beynəlxalq hüquq və dövlətlərin süverenlik anlayışını tam kənara ataraq prezidentliyə başlayandan bu günədək açıq təkrar edir:" Ukraynanın heç bir kartı yoxdur, ərazilərini güzəşt erməlidir ".Bu günlərdə isə sülh sazişinin mətninin qızğın müzakirə olunduğu anlarda eşidirik ki, Tramp Donetskin, Luqanskın, Xerson və Zaporojyenin böyük hissəsinin Rusiyaya verilməli olduğunu açıq deyir.Onun " Verməsəniz ,Rusiya onsuz da  daha böyük torpaqları tutacaq" fikrinə isə ümumiyyətlə inanmaq və şərh vermək mümkün deyil.Maraqlıdlr ki, Tramp Krımın ümumiyyətlə adını da çəkmir.Sanki elə belə də  olmalıymış və Rusiya Krımı tutmalı imiş.... Tramp  əslində Donetsk, Luqansk, Xerson və Zaporojyenin Rysiyaya verilməsi ilə Ukraynanın Azov dənizinə çıxışının tam bağlandığını əla bilir..Xəritədə aydın görünür...Ancaq Trampın Krım barədə sükutundan başqa bir şübhəli qənaət də hasil olur ...
Qorxuram axırda məlum olsun ki, Trampla Putin Krımın 100 illiyə ABŞ- a icarəyə verilməsi barədə gizlin razılaşmaya gəliblər.Sizə qəribə gəlməsin.Məşhur söz var " Teymur Qarabağa aşiqdir" .Nə demək olduğunu tarixçilərimiz bilir. ABŞ da çoxdan Krıma aşiqdir.Aşiqliyin kökü 1920 - ci illərə - Leninin proletar dövləti uğrunda müharibəsi dövrünə gedib çıxır .Covet arxivlərində Leninin  Krımı böyük məbləğdə kredit müqabilində Rokfellerə verdiyi barədə məlumatlar var.Məlumatlara görə Rokfellerin Krım üzrə yaratdığı təşkilatın səhmlərinin böyük hissəsini 33- cü ildə ABŞ prezidenti seçilmiş Ruzveltin həyat yoldaşı alıbmış.Məlumatlara görə 1945- ci ildə Ruzvelti Krıma -  məşhur Yalta konfransına gətirən istək məhz həyat yoldaşının aldığı torpaqları görmək  həvəsi imiş....Tarixdən onu da bilirik ki, 1953- cü ildə Stalin öləndən sonra ertəsi il Xruşov Krımı Rusiyadan Ukraynaya verdi və bu hadisə də  məhz həmin  sövdələşmə ilə  bağlı olub..Xruşov bu qərarı ilə ABŞ- ın Krıma olan iddialarını neytrallaşdırmaq istəyib. O məntiqlə ki, Ukrayna hələ  o zaman artıq BMT- də müstəqil səs hüququna malik olduğu üçün ABŞ Ukraynanın BMT -ni tərk edəcəyi qorxusu altında Krım söhbətini açmağa risq etməzdi...Məntiqlidirmi? Bəli...
ABŞ üçün Krım barədə 100 il əvvəlki iddiaların həyata keçmək şansı indi açılıb. Ehtimal ki, çoxbilmiş Putin Krımı Trampa 100 illik icarəyə vermək vədilə  Ukraynanın digər ərazilərinin ələ keçirilməsinə ondan dəstək alır".Məntiqli deyilmi? Şübhəsiz....Heç fantaziya da deyil.Qayda - qanunla Krımın üzərində ABŞ- ın 100 il əvvəl satın aldığı icarə hüququ var.
Bəs Krım 100 il əvvəl ABŞ- ın nəyinə lazım idi? Sövdələşmənin kökündə " Krımda Yəhudi muxtariyyatının  yaradılması " planı var idi....Bu sövdələşmədən 7-8 il sonra SSRİ - nin Uzaq Şərq bölgəsində yəhudilər üçün Burobican Muxtar Vilayətinin yaradılması Stalinin Krımın əvəzinə etdiyi güzəşt idi. 27 il sonra isə İsrail dövləti indi mövcud olduğu məkanda yaradıldı....