Elşən Mustafayev: "Paşinyanın qarşısına işğaldan əl çəkməklə bağlı konkret tələb qoyulmalıdır”
ABŞ-ın müvəqqəti işlər vəkili Uilyam R.Qil Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisinə baş çəkərkən Ermənistanın yeni hakimiyyətindən müsbət gözləntilərinin olduğunu dilə gətirib: "Ümidvarıq ki, Ermənistanda hakimiyyət dəyişikliyi və Minsk Qrupunun öz səylərini yeniləməsi nizamlama istiqamətində irəliləyişlərə gətirib çıxaracaq”.
ABŞ-ın müvəqqəti işlər vəkili U.R.Qil Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanda iqtisadiyyatın diversifikasiyası, eləcə də icmaların inkişafı, gənclərin bilik və bacarıqlarının artırılması istiqamətində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq imkanlarından və prioritetlərdən danışıb: "Amerika Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və biz ölkə olaraq Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində yaxından iştirak edirik. Anlayırıq ki, münaqişənin uzun müddət həll olunmamış qalması Azərbaycan xalqını pərişan edir, çox məyus edir. Ümidvarıq ki, Ermənistanda hakimiyyət dəyişikliyi və Minsk Qrupunun öz səylərini yeniləməsi nizamlama istiqamətində irəliləyişlərə gətirib çıxaracaq. Bunun müəyyən əlamətləri müşahidə olunmaqdadır ki, bu da bizi sevindirir. ABŞ Hökuməti, həmçinin, Azərbaycanın öz doğma yurd-yuvalarından didərgin düşmüş bir milyondan çox məcburi köçkününün acı taleyindən narahatdır. Münaqişənin həllində insan faktorunu unutmaq olmaz. O baxımdan ABŞ ötən illər ərzində bu həssas təbəqənin problemlərinin həlli üçün 120 milyon dollar vəsait xərcləyib”.
Qeyd edək ki, bu günlərdə ölkəmizdə rəsmi səfərdə olan Almaniyanın Kansleri Angela Merkel də oxşar mövqe ortaya qoyaraq bunları demişdi: "Ermənistanda yeni hökumətin qurulması faktı bəlkə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara təkan verilməsinə səbəb ola bilər”.
Göründüyü kimi, istər ABŞ səfiri, istərsə də xanım Merkel konkret olaraq bildiriblər ki, Ermənistanda yeni hökumətin qurulması bəlkə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara təkan verilməsinə səbəb ola bilər. Bu fikirdən o nəticə hasil olurmu ki, Qarabağ münaqişəsinin nizama salınmasında indiyə kimi məhz Ermənistanın mövqeyi qeyri-konstruktiv olub?
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistanın qeyri-konstruktivliyi əslində hamıya aydındır: "Ümid sonda ölər misalında olduğu kimi, siyasilər özünü demokrat sayan Paşinyana balaca da olsa inanmaq istəyirlər. Hər iki bəyanat Ermənistanın indiyə kimi qeyri-konstruktiv olmasının göstəricisi sayıla bilər. Buna şübhə yoxdur. Heç kimə sirr deyil ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məhz Ermənistan hökumətinin beynəlxalq hüquq normalarına hörmət etməməsi, danışıqlarda qeyri-konstruktiv yanaşma sərgiləməsi üzündən uzanıb. Artıq 27 ildir Ermənistanın aqressiv siyasəti nəticəsində Cənubi Qafqaz regionunun təhlükəsizliyi şübhə altına düşüb. Bu baxımdan da Qərb və ABŞ Paşinyandan yeniliklər gözləyir. Amma təəssüflər olsun ki, yeni baş nazir ona bəslənən ümidləri nəinki doğrultmur, daha da aqressivlik nümayiş etdirir. Onun Moskva səfəri zamanı Dağlıq Qarabağla bağlı verdiyi bəyanatlar nəinki siyasi etikaya sığmırdı, hətta deyərdim ki, tərbiyəsizliyin ən bariz nümunəsi idi. Hesab edirəm ki, ABŞ və Almaniya Ermənistanın yeni hökumətinə ümid etməkdənsə, onunla bir qədər sərt ritorikada danışmalıdır. Paşinyanın qarşısına işğaldan əl çəkməklə bağlı konkret şərt qoyulmalıdır. Əks təqdirdə, məhz Dağlıq Qarabağ məsələsində o öz sələflərinə rəhmət oxutduracaq”.