AMİP 28 illik yubileyini qeyd etdi

Çox dəyərli Milli İstiqlalçılar!

Tam 28 il əvvəl, 1992-ci il 3-4 iyul tarixlərində müstəqil Azərbaycanın ilk rəsmi dövlət qeydiyyatından keçən siyasi təşkilatı-Azərbaycan Milli İstiqlal Partiyasının 1-ci Təsis Qurultayı keçirildi. Bununla da AMİP ölkədə partiyalaşma institutunun əsasını qoymuş oldu. Bu illər ərzində Milli İstiqlalçılar Azərbaycanda bir çox yeniliklərə vəsilə olmaqla yanaşı hər zaman milli və dövlət maraqlarını öndə tutmaqla da örnək oldular.

Əminəm ki, bundan sonrakı fəaliyyətimizdə də "Öncə Dövlət” deyərək birlikdə yolumuza davam edəcək və hələ çox uğurlara imza atacağıq!
A
Bu əlamətdar gündə Etibar Məmmədov başda olmaqla Milli İstiqlal Partiyasının quruculuğunda, ölkənin aparıcı siyasi təşkilatına çevrilməsində, həmçinin, hazırki fəaliyyətində xidməti olan hər kəsi dərin minnətdarlıq hissi ilə Təbrik edirəm!