AMİP-in qirultayının hazırlıq işləri hələ ötən ildən yekunlaşib


"AMİP-in qirultayının hazırlıq işləri hələ ötən ildən yekunlaşmışdı. Texniki məsələlər də demək olar ki, öz həllini tapıb”.

Cebhe.info-ya bunu AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib.

Ə.Orucovun sözlərinə görə, qurultayın keçirilməsinin prosedur qaydalarına əsasən, öncə partiyanın Siyasi Şurası Mərkəzi Şuranı çağırmalı, Mərkəzi Şura da Qurultayı çağırmalıdır: "Yaxın aylar ərzində isə bu proseslərə start veriləcək”.

AMİP yetkilisi qeyd edib ki, nizamnaməyə uyğun olaraq əgər partiya sədri vəzifəsi hansısa səbəblərdən boşalarsa, o zaman səlahiyyətlər avtomatik olaraq baş katibə keçir: "Baş katib olmadıqda isə Mərkəzi Şuranın sədrinə keçir və bu qayda ilə sədrlik vəzifəsi icra edilir. Baş katib Arzuxan Əlizadə olduğundan sədrəvəzi funksiyasını da o icra edir”.

Əli Orucov prosedurlar həyata keçirilməsinə uyğun olaraq, Qurultayın yaxın aylarda baş tutacağını istisna etməyib.