AMİP Lideri Etibar Məmmədovun Novruz bayramı münasibəti ilə Azərbaycan xalqına
TƏ B R İ K İ
Əziz soydaşlarım!
Sizi Novruz bayramı münasibəti ilə təbrik edir, Sizlərə şəxsi həyatınızda və fəaliyyətinizdə uğurlar arzulayıram.
Xalqımızın soykökünə və tarixi gələnəklərinə bağlı olan Novruz hər il təntənəli surətdə qeyd olunur. Sülh, barış və dostluq bayramı olan Novruz bayramı həmişə birləşdirici amil rolunu oynayıb. Uzun illərın qadağalarına baxmayaraq bu bayram milli-mənəvi dəyərlər sistemimizin vacib atributlarından biri kimi yaddaşlarda yaşayıb. Açıq-gizli elbəel, kəndbəkənd dolaşıb. Bu bayram Milli birliyimizi, qardaşlığımızi, gücümüzü, qüdrətimizi və yüksək humanizmimizi mücəssim etdirən ən əlamətdar bayramdır.
Ruhunda Baharın gəlişini və təbiətin canlanmasını ehtiva edən Novruz ökəmizə və millətimizə yeni dönəmin, təzə ruhun, uğrulu başlanğıcın əsasını qoyacağı inancındayam.
Bu bayramda alovlanan tonqallar ulu əcdadlarımızın və Vətənimiz uğrunda canından keçən Şəhidlərimizin bizə əmanət qoyduğu Azərbaycanımızın Bütövləşməsinə və Çiçəklənməsinə gedən yola işiq salsın.
Əziz həmvətənlərim!
Novruz bayramınızı bir daha təbrik edir və süfrələrinizin ruzi-bərəkətli olmasını arzulayıram. İnanıram ki, xalqımızın, millətimizin və dövlətimizin gələcək taleyində bu Novruzun qədəmləri düşərli olacaq.
Sayqılarla,
Etibar Məmmədov
AMİP lideri, Beynəlxalq Demokrat İttifaqının sədr müavini
Bakı şəhəri, 18 mart 2016-ci il