Aslan İsmayılovun daha bir yalanı ifşa olundu

Aslan İsmayılov ABŞ-dakı "Zeynəb Xanlarova Fondu”nun direktoru da çıxdı

Məşhur sənətçi, Milli Məclisin üzvü Zeynəb Xanlarovanın ABŞ-a köçməsi, orada biznes və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olması barədə Azərbaycan mediasında yayılan xəbərlər ciddi rezonans doğurub. Publika.az saytının yaydığı xəbərə görə, o, hələ 7 il əvvəl Amerikada "Zeynab Khanlarova Foundation”ı təsis edib:

"Orada xeyriyyəçiliklə məşğuldur. 2013-cü ildə Bruklində, "Sheepshead Bay Rd 1629” ünvanında tikdirdiyi 3 mərtəbəli binanın 3-cü mərtəbəsində fondun ofisi yerləşir. İkinci mərtəbə yerli hüquq firmalarından birinə icarəyə verilib. Ən alt qatında isə Avropa mətbəxi ilə tanınan "Esquiri” restoranı yerləşir. 232.2 kvadratmetr sahəsi olan restoran illik 120 min dollara icarəyə verilib. Yəni, aylıq icarəsi 10 min dollardır. İcarədən gələn vəsait isə Amerikada xeyriyyə işləri ilə məşğul olan fonda gedir”.

Zeynəb Xanlarovanın ABŞ-a köçdüyü Milli Məclisin buraxılmasından sonra ortaya çıxıb. Onun köməkçisi Mələk Bayramova Xalq artistinin yenidən parlament seçkilərinə qatılıb-qatılmayacağı sualına "Zeynəb Xanlarova hazırda Amerikada yaşayır, Azərbaycana az-az gəlir” sözləri ilə cavab vermişdi.

Bu gün isə son illər özünü hüquq müdafiəçisi kimi tanıtmağa çalışan Xədicə İsmayıl Zeynəb Xanlarova Fondu haqqında ilginc faktlar açıqlayıb.

Sən demə, həmin fondun direktorlarından biri "Aslan İsmayılov” kod adlı Allahverdi imiş. Xədicə İsmayıl öz Facebook profilində fond haqqında bildirib:

"Fond qeyri kommersiya təşkilatıdır. Direktorları Rovshan Sharipov, David Yusubov və Aslan İsmayılov.

Pul köçürməsi olub Bakıdan fonda, amma bu məbləği vergi və xarici agent bəyannamələrində qeyd etməyiblər. Məbləğ də böyük deyildi. Amma qara yollarla köçürülüb. Hüquqşünas Aslan İsmayılov daha yaxşı bilər.
Suallara cavab: bəli, vəkil Aslan İsmayılov. Göstərilən ünvanda Viza hüquq firması yerləşirdi”.