Türkiyənin Hesablama Palatası (Sayıştay) BOTAŞ şirkətinin Azərbaycandan 2,733 milyard kubmetr qazı ala bilmədiyini üzə çıxarıb.
Bu barədə Fətullah Gülənə bağlı "Zaman” qəzeti Hesablama Palatasının
BOTAŞ-da apardığı yoxlamaların nəticələrinə istinadən yazıb.
Hesabata əsasən BOTAŞ Azərbaycanla "al və ya ödə” prinsipi ilə
bağlanmış qaz alqı-satqı müqaviləsi əsasında pulunu əvvəlcədən ödədiyi
halda milyardlarla kubmetr ucuz qazı ala bilməyib.
Türkiyənin Hesablama Palatası bildirib ki, BOTAŞ Azərbaycandan pulunu
artıq ödədiyi qazı ancaq 2016-cı ilin sonuna qədər ala biləcək. 2013-cü
ildə enerji və təbii ehtiyatlar naziri Taner Yıldız isə bildirmişdi ki,
2014-cü ilin sonuna qədər pulu ödənilin alınmayan 1 kubmetr də qaz
qalmayacaq.
Qəzetin yazdığına görə, adının açıqlanmasını istəməyən "ekspertlər” bu
vəziyyəti "skandal” kimi qiymətləndirir. Həmin mənbələrə gör Türkiyə
təbii qaz idxal etdiyi ölkələrə havayı kredit verən ölkə vəziyyətinə
düşüb.
Ekspertlər deyiblər ki, əgər BOTAŞ Azərbaycandan ucuz qazı ala bilsəydi, tarifləri aşağı salmaq imkanında olardı.
BOTAŞ son illərdə Rusiya, İran və Azərbaycana ala bilmədiyi qaza görə
3,1 milyard dollar pul ödəməli olub. Türkiyə bu ilin yanvar-mart ayları
ərzində İrandan aldığı qazın min kubmetrinə 431 dollar, Rusiyaya 377
dollar və Azərbaycana 290 dollar ödəyib.
BOTAŞ Azərbaycandan ildə 6,6 milyard kubmetr qaz almalıdır. "Al və ödə”
prinsipinə görə, pulu ödənilən qaz Azərbaycandan 4 il ərzində geri
alınmalıdır. Ancaq Hesablama Palatası aşkara çıxarıb ki, BOTAŞ
2010-2013-cü illərdə Azərbaycandan 2,735 milyard kubmetr qaz ala
bilməyib. (Virtualaz.org)