Azərbaycan, Rusiya və İran prezidentləri arasında imzalanan Bakı bəyannaməsinin mətni yayılıb.
Musavat.com xəbər verir ki, bəyannamənin mətni Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilib.
Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası Prezidentlərinin bəyannaməsini təqdim edirik:
"Tərəflər” adlandırılan Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası,
regional və beynəlxalq məsələlər üzrə qarşılıqlı faydalı əməkdaşlığın daha da gücləndirilməsi və yüksək etimadın saxlanılmasında marağı nəzərə alaraq,
bərabərlik, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərarası əlaqələrinin daha da inkişaf etdirilməsində qətiyyətli olaraq,
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına sadiqliklərini təsdiqləyərək,
regional sabitlik və təhlükəsizliyə olan çağırış və təhdidlərlə mübarizə aparılması məqsədilə qarşılıqlı fəaliyyətin vacibliyini diqqətdə saxlayaraq,
qeyri-legitim iqtisadi sanksiyaların tətbiq olunması təcrübəsinin qəbuledilməzliyini nəzərə alaraq,
ticari-iqtisadi əməkdaşlığın təşviq və inkişaf etdirilməsi zərurətini vurğulayaraq,
təhlükəsiz və etibarlı tranzit dəhlizlərinin regionun inkişafı üçün yeni imkanların yaradılmasına kömək edəcəyini və xalqlarının rifahına töhfə verəcəyini qəbul edərək,
bazar iqtisadiyyatı, azad rəqabət və qarşılıqlı fayda prinsipləri əsasında nəqliyyat yolları və yüklərin çatdırılması vasitələrinin diversifikasiyasına sadiqliklərini təsdiq edərək,
aşağıdakıları bəyan edirlər:
Tərəflər bərabərhüquqlu və qarşılıqlı əməkdaşlıqlarının hərtərəfli inkişafını, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlərin bütün sahələri üzrə müxtəlif səviyyələrdə siyasi dialoqu intensivləşdirməyi və genişləndirməyi davam etdirəcəklər;
Tərəflər mədəniyyət, turizm və biznes sahələrində üçtərəfli əməkdaşlıq formatlarını daha da inkişaf etdirəcək, gənclər mübadiləsi, konsulluq və gömrük məsələləri üzrə qarşılıqlı fəaliyyət göstərəcək, eləcə də Tərəflərin region və əyalətləri arasında əlaqələri təşviq edəcək və Tərəflərin vətəndaşları üçün viza prosedurlarının daha da sadələşdirilməsinin vacibliyini vurğulayırlar;
Tərəflər, terrorçuluq, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, silahların, narkotik vasitələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətkarlıqla mübarizə aparılmasında qətiyyətlidirlər. Onlar beynəlxalq ictimaiyyəti Birləşmiş Millətlər Təşkilatının mərkəzi əlaqələndirici rolu vasitəsilə beynəlxalq sabitlik və təhlükəsizliyə olan həmin çağırış və təhdidlərlə səmərəli mübarizə aparılması üçün səylərin birləşdirilməsinə çağırırlar;
Tərəflər terrorçuluğu bütün forma və təzahürlərində qəti şəkildə pisləyirlər. Onlar mövcud vəziyyətin inkişafı və terrorçuluğa qarşı səmərəli mübarizə tədbirlərinin hazırlanması üzrə fikir mübadiləsi aparmaq üçün iki və üçtərəfli məsləhətləşmələrin vacibliyini və səmərəliliyini qeyd edirlər. Bu xüsusda, Tərəflər Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini, o cümlədən İran İslam Respublikasının təşəbbüsü ilə irəli sürülmüş 68/127 saylı, "Dünya zorakılığa və zorakı ekstremizmə qarşı” adlı qətnaməni vurğulayırlar;
Tərəflər etiraf edirlər ki, regiondakı həll olunmamış münaqişələr regional əməkdaşlığa əhəmiyyətli maneədir və bu xüsusda onların tezliklə beynəlxalq hüququn prinsip və normaları və bu çərçivələrdə qəbul edilmiş qərar və sənədlər əsasında danışıqlar vasitəsilə sülh yolu ilə həll olunması vacibliyini vurğulayırlar;
Tərəflər Xəzər dənizini sülh, dostluq, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi nəzərdən keçirərək Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tezliklə razılaşdırılması və qəbul edilməsinin vacibliyini qəbul etdilər;
Tərəflər bərabərhüquqluluq və qarşılıqlı fayda prinsipləri əsasında iqtisadiyyatın müxtəlif sahələrində hərtərəfli əməkdaşlıqlarını intensivləşdirəcəklər;
Tərəflər sərmayələrin qorunması və təşviqi sahəsində regional və beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini bir daha təsdiqləyir və bank sahəsində əməkdaşlıqlarının genişləndirilməsi də daxil olmaqla sərmayə layihələrinin həyata keçirilməsinə və yeni texnologiyaların cəlb edilməsinə yardım edən əlverişli şərtlərin dəstəklənməsinin zəruriliyini vurğulayırlar;
Tərəflər regionun iqtisadi artımı və beynəlxalq enerji təhlükəsizliyinə töhfə vermək üçün regional və beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi məqsədilə enerji və nəqliyyat sahələrində əməkdaşlığı intensivləşdirəcəklər;
Tərəflər elektrik enerjisinin mübadiləsi məqsədilə Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin birləşməsini dəstəkləyir və qeyd edirlər ki, həyata keçirilən enerji layihələri regionun davamlı inkişafın dəstəklənməsi
üçün əlverişli şərait yaradır;
Tərəflər regional və beynəlxalq təbii qaz bazarlarının davamlı fəaliyyət göstərməsi üçün Azərbaycan, İran və Rusiyanın verdikləri vacib töhfəni qeyd edir və bu sahə üzrə, o cümlədən təbii qazın hasilatı, nəqli və çatdırılması sahəsində texnologiya mübadiləsi yolu ilə əməkdaşlığın daha da genişləndirilməsinə tərəfdar çıxırlar. Bununla əlaqədar, onlar beynəlxalq qurumlar çərçivəsində, eləcə də ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlığı və qarşılıqlı fəaliyyəti daha da möhkəmləndirəcəklər;
Tərəflər hesab edirlər ki, təbii qazın iqtisadi cəhətdən səmərəli və ekoloji təmiz yanacaq növü kimi geniş istifadəsi ətraf mühitə mənfi təsirin səviyyəsini əhəmiyyətli dərəcədə aşağı salmağa, eləcə də istilik effekti yaradan qaz tullantılarının azaldılması üzrə Paris Sazişinin müddəalarının həyata keçirilməsinə yardım edəcəkdir;
Tərəflər ekoloji təhlükəsiz və iqtisadi faydalı nəqliyyat infrastrukturlarının yaradılmasına yönəlmiş regional nəqliyyat-kommunikasiya imkanlarının inteqrasiya edilməsi üzrə səyləri dəstəkləyəcəklər;
Tərəflər "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə sərnişin və yüklərin daşınmasının həyata keçirilməsində mövcud imkanların genişləndirilməsi məqsədilə nəqliyyat-kommunikasiya infrastrukturlarının inkişafı üçün səmərəli tədbirlər görəcəklər;
Tərəflər "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və səmərəliliyinin artırılması çərçivəsində dəmir yollarının birləşdirilməsi üzrə yeni layihələrin qarşılıqlı fayda əsasında həyata keçirilməsinə bundan sonra da töhfə verəcəklər;
Tərəflər gəmiçilik və dəniz turizmi də daxil olmaqla Xəzər dənizində dənizçilik üzrə əməkdaşlığın inkişaf etdirilməsinin mümkünlüyünü araşdıracaqlar;
Tərəflər 14 iyul 2015-ci il tarixində qəbul edilmiş İranın nüvə proqramı ilə bağlı vəziyyətin tənzimlənməsi üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını (BHFP) alqışlayır, habelə regional ticarət və iqtisadi əlaqələr yolunda maneə olmadan regional əməkdaşlığın inkişaf etdirilməsində sazişin vacibliyini qeyd edərək, onun tam və davamlı şəkildə həyata keçirilməsinə çağırırlar;
Tərəflər qarşılıqlı maraq kəsb edən əməkdaşlıq sahələri üzrə müvafiq işçi qrupların yaradılması barədə qərara gəldilər.
Bakı şəhərində, 08 avqust 2016-cı ildə hər biri Azərbaycan, fars və rus dillərində olmaqla üç əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir”.