Azərbaycan qüdrətli dövlətdir və hər cür təxribata da layiqli cavab vermək gücü var.

"İranın Azərbaycana qarşı düşmənçilik mövqeyi zaman-zaman açıq şəkildə biruzə verib. Ayətullah rejimi Ermənistanın işğalçılıq siyasətinə dəstək verib. İşğal zamanı isə talançılıqda, sərvətlərin və resusrların amansız istismarında fəal iştirak edib. Tehrandakı səfirliyə hücum İranın mahiyyətini bir daha ortaya qoymuş oldu. SEPAH-ın Naxçıvana namərdcəsinə dron hücumu bir daha molla hakimiyyətinin nə qədər sülh və stabillik üçün təhlükə olduğunu göstərdi".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, Naxçıvan Beynəlxalq hava limanı təkcə mülki deyil, həm də strateji obyekt sayılır:
"Bu hücum qəsdlə və planlı şəkildə həyata keçirilib. Azərbaycanın ərazisində heç bir xarici dövlətin hərbi bazası yoxdur. İsrail və ABŞ-ın hava hücumlarına da ədalətli və beynəlxalq hüququn normalarına uyğun davrandı. Ali Dini Lideri Xameneinin öldürülməsi münasibəti ilə başsağlığı verdi. Bu günlərdə prezident cənab İ.Əliyevin Təhlükəsizlik Şurasının iclasında etdiyi çıxışında məlum oldu ki, Azərbaycan İranın Livanda qalmış səfirliyini təmənnasız olaraq təxliyə edib. Bütün bu yaxşılıqların və dostcasına uzadılan ələ İran rejimin xəyanəkar addımları təkcə qınanılmır, hətta haqlı qəzəb və hiddət doğurur".
Əli Orucov deyib ki, son günlərini yaşayan repressiv və despotik rejim öz əməllərindən qalmayaraq, xalqlar və dövlətlər arasında ixtilaf, düşmənçilik yaymaqda davam etdirir:
"Azərbaycan qüdrətli dövlətdir və hər cür təxribata da layiqli cavab vermək gücü var. Başıpozuq mollaların və onun səfeh generallarının Azərbaycanı savaşa qatmaq niyyətləri baş tutmayacaq, öz qanlarında boğulacaqlar".