Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri istefa verib

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Geka Geladze vəzifəsindən istefa verib.

 

Millet.az xəbər verir ki, bu barədə Birinci kanal Gürcüstan məlumat yayıb.

G.Geladze bildirib ki, siyasi rəhbərliklə məsləhətləşmələrdən sonra fəaliyyətini başqa bir dövlət qurumunda davam etdirəcək.

“Siyasi rəhbərliklə məsləhətləşmələrdən sonra işimi başqa bir qurumda davam etdirəcəyəm və orada ölkəmizin və cəmiyyətimizin maraqlarına tam məsuliyyətlə xidmət etməyə davam edəcəyəm. Əminəm ki, Dövlət Təhlükəsizlik Xidməti həyati vacib vəzifələrini şərəflə yerinə yetirməyə və ölkənin təhlükəsizliyini qorumağa davam edəcək”, - deyə o qeyd edib.

Qeyd edək ki, Geka Geladze 2026-cı ilin aprel ayından Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinə rəhbərlik edib. Daha sonra Gürcüstan parlamenti onu bu vəzifəyə altı il müddətinə təsdiqləyib.

O, bundan əvvəl Gürcüstanın daxili işlər naziri vəzifəsində çalışıb. G.Geladze 2023-2024-cü illərdə Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini olub.