Azərbaycanda iqtisadi çöküş sürətlənir

Dünən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovunmanatın kursunun düşəcəyi barədəki xəbərdarlığından sonra bu gündən Bakıda dollar qıtlığı yaşanır.

Bakı sakinləri kütləvi şəkildə valyutadəyişmə məntəqələrinə yollanaraq milli pulu ABŞ dollarına dəyişməyə çalışır.

Virtualaz.org saytının müxbiri bu dəqiqələrdə Bakının mərkəzi küçələrində olan valyutadəyişmə məntəqələrində olub.

Əməkdaşımız xəbər verir ki, 28 may küçəsində yerləşən valyutadəyişmə məntəqələrində bu dəqiqələrdə ABŞ dolları satılmır. Səhər saatlarında dollar satılsa da artıq satış dayandırılıb. Xeyli sayda insan valyutadəyişmə məntəqələrində dolların satılacağını gözləyir.

Bəzi valyutadəyişmə məntəqələrindən isə alıcılara bildirilir ki, günün ikinci yarısından sonra dollar satışının olacağı gözlənilir.

Dollar tapmayan Bakı sakinləri avro almağa da üstünlük verir. Bəzi valyutadəyişmə məntəqələrində avro tapmaq mümkündür.

Dollar alamağa çalışan Bakı sakinləri deyir ki, digər valyutadəyişmə məntəqələri də dollar satışını dayandırıb.

"Adamlar səhər tezdən gəlib dollar və ya avro almağa, əllərindəki manatdan xilas olmağa çalışırlar. Hazırda bizim məntəıqədə bircə dollar da qalmayıb. Hamısını satmışıq. Bu vəziyyətin nə vaxta qədər davam edəcəyini bilmirik" - deyə D.Əliyeva küçəsindəki valyutadəyişmə məntəqələrindən birinin sahibi virtualaz.org saytına bildirib.

Qeyd edək ki, böyük ajiotajdan sonra hətta banklar da dollar satışını dayandıb.

"Atabank”ın Rixard Zorge küçəsində olan filialında da dollar yoxdur.

"Bank of Baku”nun Puşkin, "Unibank”ın 28 may küçələrindəki filiallarında da dollar satışı dayandırılıb.