Azərbaycanda İslam ölkələrinin həmrəylik idman yarışları

İslam ölkələrinin həmrəylikləri üçün idman yarışlarının keçirilməsi hər mənada çox vacibdir.

Ən əvvəl islam ölkələrinə dünyada gedən qlobal məsələlərin həllində aparıcı yer tutmaq getdikcə çox böyük bir problemə çevrilir.

Bu, qlobal məsələlərə ərazi bütövlüyü, ekoloji problemlər, qida-ərzaq, dərman, silah,elm və təhsilin inkişaf istiqamətlərinin keyfiyyəti, yerinin müəyyənləşdirilməsi və s. aid olunur.

Qlobalizasiya gedən müasir dünyada artıq ölkələrə bir mənalı şəkildə aşagılayıcı olaraq bazar kimi baxılır.

Fikir verin, ən əsası da bu mənada islam ölkələrinə yanaşma bazar münasibəti kimidir. Dünyada aparılan müharibələr elə bazarlar ("ölkələr”) uğrunda aparılan mübarizə-müharibələrdir.

Təbii ki, ölkədə demokratiya və güclü konstitusion idarəedici hakimiyyət varsa o ölkəyə yanaşma fərqli və ehtiyatlı olur.

Xüsusən də islam ölkəsində.

Dünyada faktiki olaraq xristian ölkələrinin ərazilərində birbaşa müharibələr aparılmır.

Çünki, onlarda hərtərəfli həmrəyliklər neçə yüz illərdir ki, mövcuddur. Hətta öz "Papa”ları da var.

Təbii ki, ağıllıdırlar. Harda ki, elmə, təhsilə və demokratiyaya üstünlük verilir, orada problemlər az və həlli sadə olar. Bu isə dövlətin müstəqil təbii yaşam düsturudur.

Azərbaycanda tarixən bütün dinlərə münasibət fərqsiz olub. Digər din və din sahibləri heç bir fərq qoyulmadan bizdə həmişə yaşayiblar və yaşayirlar.

Hətta buna baxmayaraq bu gün müstəqil Azərbaycan dövləti çox saylı dinlərin – multikulturizmin deyərdim ki, mərkəzlərindən biri olsa da baxın, işğal olunmuş Qarabağ torpaqlarımızı azad etməyimizə nə qədər açıq təhdidlər edirlər. Bu faktdir.

Dünyada islamafobiya deyil, xristianofobiya var. Xristian ol, problemin yoxdur. İslamafobiyanı da onlar çıxarıblar və istifadə edirlər. Söhbət insanlardan getmir, problem siyasətdədir.

Açığı bunun digər bir səbəbi də islam ölkələri arasında həmin o qlobal problemlərdə tam və yekdil həmrəyliyin olmamasıdır.

Yenə özümüzün torpaqlarımızın tamlığı problemini misal göstərə bilərəm.

Ona görə də islam ölkələri arasında müxtəlif sahələr üzrə həmrəyliyin – yaxınlaşmaların aparılması çox aktual və vacibdir.

Müstəqil Azərbaycan Dövlətimizin bu gün, bu mənada apardığı siyasətin düşüncəli, uğurlu və ölkəmizə həm də beynəlxalq aləmdə - qlobal probləmlərin həllində bütöv söz və əməl sahibi olduğumuzun sübutudur - göstəricisidir.

Torpaqlarımızın işğaldan azad olunması və həmrəyliklərimizin getdikcə çoxalması istiqamətində aparılan işlərdə, fikrimcə heç bir müxalifət – iqtidar münasibətlərinin axtarışından belə söhbət gedə bilməz.

Bakida keçiriləcək bu idman yarışı özümüzün müstəqil düşüncəmiz, hərəkətimiz, dünya ölkələri arasında sayılan yerimiz və ən nəhayət də yüksək həmrəylik, dini mədəniyyətimizin sübutu olacaqdır.

Müstəqil Azərbaycan Dövləti olaraq biz bunu 2012 Avrovijın mahnı festifalında, 2015 Avropa oyunları idman yarışlarında da təsdiq etmişik. İnşəallah bu yarış da uğurla yerinə yetiriləcəkdir.

İdeologiyamız, düşüncəmiz, hər bir sahədə həmrəyliyə, demokratiyaya, elmə, təhsilə, mədəniyyətə əsaslanmaqla inkişaf yolumuz ancaq və ancaq Azərbaycan dövlətinin müstəqilliyidir.

P.S. Müəllifin Avropa mahnı festivalı ilə əlaqədar "Təbib” qəzetinin №11, 14, iyun 2012-ci il tarixli yazısında və I Avropa oyunları ilə bağlı məqaləsi "Millətim” qəzetində 2015-ci il fevralın 2-də çap edilmiş, həmçinin "Millət.az” saytında verilmişdir.

Aydın Əliyev

Azərbaycan Tibb Universiteti

Farmakologiya kafedrası, dosent