İqtisadçı-alim Qubad İbadoğlu korrupsiya faktları ilə bağlı
sensasion açıqlamalar edib. O, bu bardə sosial şəbəkədəki səhifəsində
yazıb və cədvəl yerləşdirib. Q.İbadoğlu yazıb:
"Bu gün beynəlxalq anti-korrupsiya günüdür. Odur ki, mən də öz
növbəmdə Azərbaycanda korrupsiyanın azadılması işinə töhfəmi vemək üçün
2013-cü ilin məlumatlarını da daxil edib, güzgü statistikası
metodologiyası əsasında yeniləşdirdiyim heablamalarımın nəticələrini
təqdim edirəm. Hesablamalar Azərbaycanın əsas ticarət təfərdaşları olan
15 ölkədən Azərbaycana idxal məlumatları əsasında aparılıb.
2008-20013-cü illəri əhatə edən bu hesablamalara görə son 6 ildə qarşı
tərəfin verdiyi məlumatlarla bizim rəsmi statistik məlumatlar arasında
fərq 21,58 milyard dollar, il ərzində isə orta hesabla 3,6 milyard
dollar təşkil edir. Son 6 ilin trend təhlili göstərir ki, fərqin
dinamikası pozitivdir və ən yüksək göstərici 2013-cü ildə qeydə alınıb -
4,9 milyard dollar.
Daha geniş məlumatı aşağıdakı cədvəl məlumatlarından ala bilərsiniz.