Azərbaycanın ixracının 91 faizindən çoxu neft-qaz sektoruna aid olub

2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanın ixracının 91 faizindən çoxu neft-qaz sektoruna aid olub.

Novator.az bildirir ki, ixracın 81,9 faizini xam neft və xam neft məhsulları, 3,2 faizini neft məhsulları, 6 faizini təbii qaz təşkil edib.

Dövlət Gömrük Komitəsinin hesabatında ixracın 1,9 faizinin meyvə-tərəvəz olduğu bildirilir.

İdxalın 23,7 faizi maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, 14,7 faizi yeyinti məhsulları, 11,6 faizi qara metallar və onlardan hazırlanan məmulatlar, 8,5 faizi nəqliyyat vasitələri və onların hissələri, 3,4 faizi plastmassa və ondan hazırlanan məmulatlar, 2,9 faizi oduncaq və ondan hazırlanan məmulatlar, 2,8 faizi əczaçılıq məhsulları, 1,1 faizi tütün və tütün məmulatları, 1,1 faizi mebel və onun hissələri olub.