2016-cı ilin yanvar-iyun aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 163 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə məhsul ixrac olunub, 154 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, xarici ticarət dövriyyəsinin 81,9 faizi İtaliya, Rusiya, Türkiyə, Almaniya, Fransa, Tayvan, ABŞ, Çin, Birləşmiş Krallıq, İsrail, Çexiya, Gürcüstan, Sinqapur, Yaponiya, Hindistan, Portuqaliya, Ukrayna, Norveç, Tailand, İsveçrə və Xorvatiya dövlətlərinin hesabına formalaşıb.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,4 faizi Rusiyanın, 13,0 faizi Türkiyənin, 6,4 faizi Çinin, 6,3 faizi Birləşmiş Krallığın, 6,1 faizi ABŞ-ın, 4,5 faizi İtaliyanın, 4,4 faizi Sinqapurun, 4,2 faizi Almaniyanın, 4,1 faizi Yaponiyanın, 3,0 faizi Ukraynanın, 2,8 faizi Norveçin, 1,8 faizi Fransanın, 1,7 faizi Braziliyanın, hər biri 1,6 faiz olmaqla İran və Qazaxıstanın, 1,2 faizi Xorvatiyanın, hər biri 1,1 faiz olmaqla Niderland və Avstriyanın, hər biri 1,0 faiz olmaqla Koreya və Birləşmiş Ərəb Əmirliklərinin, 14,7 faizi isə digər ölkələrin payına düşüb.
İxrac olunmuş məhsulların dəyərinin 19,9 faizi İtaliyaya, 9,0 faizi Fransaya, 8,7 faizi Almaniyaya, 7,9 faizi Tayvana, 6,2 faizi İsrailə, 5,0 faizi Rusiyaya, 4,8 faizi Çexiyaya, 4,7 faizi Gürcüstana, 4,2 faizi Türkiyəyə, 3,5 faizi Portuqaliyaya, 3,0 faizi Hindistana, 2,6 faizi Tailanda, hər biri 2,0 faiz olmaqla İndoneziya və Türkmənistana, 1,7 faizini İspaniyaya, 1,6 faizini İsveçrəyə, 1,5 faizini Tunisə, 1,4 faizini Rumıniyaya, 1,3 faizini Xorvatiyaya, 1,0 faizini Livana, qalan 8,0 faizini isə digər ölkələrə göndərilmiş məhsullar təşkil edib.
İdxal olunmuş məhsulların dəyərində maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsulları, oduncaq və ondan hazırlanan məmulatlar, tütün məmulatları, mebel və onun hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.
İxracın strukturunda xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi, bitki yağları üstünlük təşkil edib.