Azərbaycanın valyutası ucuzlaşıb, Ermənistanınkı bahalaşıb

Son illər dünya iqtisadiyyatında müşahidə olunan tənəzzül, enerji daşıyıcılarının qiymətlərinin kəskin ucuzlaşması və qeyri-sabit siyasi qlobal düzən bütün ölkələr kimi keçmiş sovet respublikalarına da öz mənfi təsirini göstərib.

Azərbaycan da daxil olmaqla, bütün Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri son illər valyuta devalvasiyasından əziyyət çəkib.

Modern.az saytı 2016-cı ilin əvvəllərindən devalvasiyaya məruz qalan MDB ölkələrində milli valyutaların neçə fazi ucuzlaşdığını əks etdirən rəqəmləri təqdim edir.


1. Tacikistan somu – 12,6%

2. Ukrayna qrivnası – 9,2%

3. Belarus rublu – 8,4%

4. Azərbaycan manatı – 7,4%

5. Özbəkistan sumu – 5,1%

6. Qazaxıstan təngəsi– 1,1%

7. Moldova leyi – 0,2%



Bununla yanaşı, bəzi MDB ölkələrində milli valyuta dollara qarşı dəyər qazanıb. Belə ki, Türkmənistan manatı (0,3%), Ermənistan dramı (0,5%), Gürcüstan larisi (1,1%), Rusiya rubl (12,3%) və Qırğızıstan somu 8,1% bahalaşıb.