Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Qaradağda neft-qaz, qaz emalı və qaz-kimya kompleksinin tikintisini yapon banklarının kreditləri hesabına tikmək istəyir.
"Biz 8 milyard dollara yaxın olan bir layihənin bütün maliyyələşməsini yapon bankları hesabına həyata keçirmək istəyirik”,- SOCAR-ın Prezidenti Rövnəq Abdullayev bildirib.
"Biz Yaponiyaya əsasən neft-qaz, qaz emalı və qaz-kimya kompleksinin tikintisini müzakirə etmək üçün getmişdik. Bilirsiniz ki, biz neft emalı zavodunu o böyük kompleksin tərkibindən çıxartdıq və Heydər Əliyev adına neft emalı zavodunun yenidənqurma işlərini artıq həyata keçirdik. Mövcud zavodun ömrünü 30-cu ilə qədər və ondan yuxarı səviyyəyə qaldırdıq və yeni kompleksdə neft emalı zavodunun hələlik layihələndirilməsini dayandırdıq. Bu, o deməkdir ki, yeni kompleksdə qaz emalı 12 milyard kubmetr qaz emalı və ondan çıxan xammalı qaz-kimya kompleksinin tikintisini həyata keçirəcəyk. Burada polietilen, polipropilen qurğular tikiləcək və 800 min tona yaxın kimya məhsullarının çıxımı nəzərdə tutulub. Bunun üçün biz orada çoxlu görüşlər keçirdik. Bilirsiniz, yapon şirkətlərinin burada böyük təcrübəsi var. Əsasən Yaponiyanın ticarət, sənaye, iqtisadiyyat naziri ilə, Yaponiya "Gibik” deyilən ekspert-kredit agentliyi ilə, baş nazirin enerji və sənaye üzrə köməkçiləri ilə görüşlər oldu. Belə bir yekun qərara gəlindi ki, yapon şirkətləri bu layihədə payçı kimi iştirak etsinlər. Çoxlu şirkətlər var ki, bizə belə istəklərinin olduğunu bildirmişdilər”.
Rövnəq Abdullayev deyib ki, Neft emalı kompleksi bahalı layihə olduğundan təxirə salınıb:
"Neft emalı kompleksini indi başlamadıq, çünki o da böyük bir layihədir, 7-8 milyard dollarlıq bir layihədir. Ona görə belə bir qərar qəbul olundu ki, Heydər Əliyev adına neft emalı zavodunda modernizasiya işi aparılsın, yeni qurğular orada tikiləcək, artıq layihəni detallaşdırırıq, modernləşdiririk və biz bir az onun imkanlarını qaldırıq. 7-8 milyon ton emal gücünə malik bir modern zavoda çeviririk. Bununla da biz Avro-5 standartına uyğun Heydər Əliyev adına neft emalı zavodunu modernləşdiririk. Köhnə "AzərNeftYağ” zavodunda olan köhnə qurğulara artıq bundan sonra ehtiyac yoxdur, söküb bu sahələri bulvarın genişləndirilməsinə verə bilərik”.